Arxiv
11 Fervral 2019, 12:19 | AKTUAL
Siyəzəndə heyvanlar kütləvi peyvəndləndi

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) tərəfindən ölkə ərazisində epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

 

Modern.az xəbər verir ki, Siyəzən Rayon Baytarlıq İdarəsi tərəfindən 2019-cu ilin ilk günlərindən başlayaraq 7 sahə baytarlıq məntəqəsi vasitəsilə ayrı-ayrı şəxsi təsərrüfatlarda saxlanılan heyvanlar arasında profilaktik peyvəndləmə tədbirlərinin və diaqnostik müayinələrin icrasına start verilib. Hazırda Dövlət Baytarlıq Xidmətinin Siyəzən rayon Baytarlıq İdarəsinin Eynibulaq sahə baytarlıq məntəqəsi tərəfindən Eynibulaq kənd sakini Mehrəliyev Fərəcə məxsus şəxsi təsərrüfatda olan 29 baş iribuynuzlu, 2 baş təkdırnaqlı heyvanda qarayara xəstəlikləri əleyhinə peyvəndlənmə tədbiri aparılıb. Ümumiyyətlə, cari ilin təbirləri başlayandan indiyə kimi rayonun ayrı-ayrı şəxsi təsərrüfatlarda saxlanılan 10997 baş iribuynuzlu,477 baş təkdırnaqlı heyvanda qarayara,1554 baş həyət itində quduzluq xəstəliklərinə qarşı peyvəndlənmə tədbiri aparıb. Eləcə də 1528 baş iribuynuzlu heyvandan bruselyoz xəstəliyinin müəyyən edilməsi məqsədilə qan nümunəsi götürüb və 400 kvadratmetr sahədə dezinfeksiya işləri görülüb. İribuynuzlu və təkdırnaqlı heyvanlarda bu tədbirlərin fevral ayının sonuna kimi yekunlaşdırılması nəzərdə tutulub. 

 

Artıq bütün ölkədə olduğu kimi, Siyəzən rayonunda da iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Dövlət Baytarlıq Xidməti epizootik tədbirlər planına uyğun olaraq dabaq xəstəliyinə qarşı həm xırdabuynuzlu (dabağın A,O tiplərinə), həm də iribuynuzlu (dabağın A,O,Asiya-1 tiplərinə) heyvanlar arasında peyvəndləmə tədbirləri aparır. Siyəzəndə bu xəstəliyə qarşı 24 min baş iribuynuzlu, 82 min baş xırdabuynuzlu heyvanda aparılması nəzərdə tutulub.   

 

Xatırladaq ki, dabaq xəstəliyi də qarayara, quduzluq, vərəm, bruselyoz, xırdabuynuzlu heyvanların çiçəyi, leptospiroz, donuzların klassik taunu, quşların nyukasl xəstəliyi, atların manqosu, yüksək patogenli “quş qripi”, şmallenberq, yoluxucu nodulyar dermatit xəstəlikləri kimi, «Baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin siyahısı»a daxil edilib.

 

Dabaq cütdırnaqlı ev və vəhşi heyvanların iti kontagiozlu virus mənşəli xəstəliyidir. Həssas heyvaların əsasən ağız boşluğu, dırnaq və digər nahiyələrində aftaların yaranması ilə səciyyələnir. Ölkəmizdə bu xəstəliyə qarşı polivalet peyvənd vasitəsindən istifadə olunur.

Tədbirlər çərçivəsində baytar mütəxəssislər vətəndaşlar arasında maarifləndirmə işləri aparır, heyvanların yemlənmə, bəslənmə şəraitini yaxşılaşdırılması və zoobaytar tələblərə ciddi əməl olunması ilə bağlı müvafiq məsləhət və tövsiyələr verirlər.

 

Epizootik tədbirlər planına uyğun olaraq bundan sonra Siyəzən rayonunda ev quşları arasında nyukasl, nodulyar dermatit, leptosprioz, bruselyoz, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptospriz xəstəliklərinə qarşı profilaktik peyvəndlənmə tədbirləri aparılacaqdır. Həmçinin həssas heyvanlar arasında bruselyoz və epedidimit xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə qoçlardan qan nümunələrinin alınması, iribuynuzlu heyvanlarda vərəmə və atlarda manqo xəstəliklərinə görə müayinələrin aparılması nəzərdə tutulur

.

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

 

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ərzurum Atatürk Universitetinin professorları ADAU-da 20 Aprel 2019, 17:58 Belarus Rusiya neftinin keyfiyyətindən narazıdır 20 Aprel 2019, 17:52 Alman eksperti: Sarkisyan hakimiyyəti aprel müharibəsinə görə itirdi 20 Aprel 2019, 17:37 Binəqədidə qadın meyiti tapılıb 20 Aprel 2019, 17:20 Gəncə sakini dəm qazından zəhərləndi 20 Aprel 2019, 17:01 Seçenov Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib 20 Aprel 2019, 16:53 Yasin Sabancı Universitetinin tam bursunu qazanmayıb, sadəcə...   20 Aprel 2019, 16:38 “Bakıda Soyqırımı muzeyi yaradılsın!” - Deputat ÇAĞIRIŞ ETDİ 20 Aprel 2019, 16:31 Kadırovdan Zelenskinin üzr istəməsinə reaksiya 20 Aprel 2019, 16:21 Azərbaycan kinosunun “qaynanası” 103 yaşında - FOTOLAR 20 Aprel 2019, 16:04 Şabranda 2576 it, 24019 iribuynuzlu heyvan… 20 Aprel 2019, 15:49 Keçmiş prezidentin intihar məktubu yayıldı 20 Aprel 2019, 15:43 Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verib 20 Aprel 2019, 15:24 Ərdoğan Binəli Yıldırıma yeni vəzifə verəcək – AÇIQLAMA 20 Aprel 2019, 15:01 “Ayaks”ın büdcəsinə milyonlar axır 20 Aprel 2019, 14:50 Gənc futbolçumuz "Seltik"in transfer hədəfində 20 Aprel 2019, 14:49 Qaramalın piroplazmoz xəstəliyindən necə qorunmalı? 20 Aprel 2019, 14:47 Sabaha olan HAVA PROQNOZU 20 Aprel 2019, 14:45 Ölkə ərazidində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb 20 Aprel 2019, 14:31 ABŞ səfiri XİN rəhbərlərinin mümkün görüşününü alqışlayır 20 Aprel 2019, 14:22 Ruh da cövlan edərmiş 20 Aprel 2019, 14:19 Gözlər yoldan yığılarmı... - XV YAZI 20 Aprel 2019, 14:15 “Zəif Ukrayna rəhbərliyi Azərbaycan üçün əlverişli deyil” – Deputatların seçki GÖZLƏNTİSİ 20 Aprel 2019, 13:59 Baş Nazir “Orfoqrafiya qaydalarına dəyişiklikləri təsdiqlədi - Bu sözlərin yazılışı dəyişdi - SİYAHI 20 Aprel 2019, 13:40 Azercell İT mütəxəsissləri üçün təlimlərə başladı 20 Aprel 2019, 13:31 Gənc Prezidentlər Təşkilatının nümayəndələri Azərbaycanda - FOTOLAR 20 Aprel 2019, 13:22 Heydər Əliyevin tanımadan təşəkkür etdiyi tikinti rəhbəri 20 Aprel 2019, 13:22 Qaret Beyl mövsüm sonu Madriddən gedəcək 20 Aprel 2019, 13:13 Əfsanəvi Raqif Orucova həsr olunmuş “Komandir”in təqdimatı oldu - VİDEO 20 Aprel 2019, 13:09  “Aprel fədailəri” yad olundu 20 Aprel 2019, 13:08