21 fevral 2019, Cümə axşamı
Ana Səhifə - GÜNDƏM - Cahangir Hacıyevin məhkəməsində: “Pullar 100 ailənin hesabına köçürülüb”
Cahangir Hacıyevin məhkəməsində: “Pullar 100 ailənin hesabına köçürülüb”
11.02.2019, 14:46

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun qohumu İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Modern.az-ın Trend-ə istinadən məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən təqsirləndirilən Natiq İmanov bildirib ki, 2011-ci ildə D.Xəlilovun "Soik Constraction" MMC şirkətində direktoru vəzifəsində çalışıb: "Əvvəllər başqa şirkətlərdə də işləmişəm. Bu şirkətdə işimiz Bakıda 4 bloklu bina tikmək idi. Mən həmin ərazidə yaşayan sakinləri köçürdüm. Təxminən, 50-yə yaxın ailə ilə alqı-satqı müqaviləsi bağladıq. 2015-ci ildə Beynəlxaq Bank işi bağlı cinayət işi başlanılanda istintaqa çağırıldım. Həmin vaxt Dünyamin Xəlilov burada yox idi, sonra gəldi".

N.İmanov qeyd edib ki, 12 milyon manatdan çox pulu mənimsəməkdə ittiham olunur: "Şirkətin möhrü də məndə olurdu. Mən Dünyamin Xəlilovun göstərişi ilə Beynəlxalq Banka gedirdim. Bankın Mərkəzi filialında Azər adlı şəxs məni qarşılayırdı. Onun hazırladığı sənədlərə imza atırdım və pullar evlərini aldığımız vətəndaşların hesabına köçürdü. Hər dəfə banka gedib sənədlərə imza atanda 1.5 milyon manat pul köçürülürdü. Mən pulu nağd şəkildə almamışam, işim ancaq bankda sənədlərə qol çəkmək olub. Ümumilikdə, 44 milyon manatlıq pul köçürülməsi sənədlərinə imza atmışam".

Hakim deyib ki, N.İmanovun cinayət materiallarında Beynəlxalq Bankdan 22 milyon 450 min manatlıq kredit götürdüyü qeyd olunub.

Təqsirləndirilən şəxs deyib ki, şirkətdə direktor işlədiyi dövrdə rəsmi olaraq 200 manat maaş alırmış: "Lakin qeyri-rəsmi olaraq Dünyamin Xəlilovdan 2000 manat maaş alırdım. Pulu da Beynəlxaq Bankdan nağd şəkildə əldə etmişəm. Banka gedib, pulumu alıb, sənədə imza atırdım. Bütün hesabatları da şəxsən Dünyamin Xəlilova verirdim. Ümumilikdə, imza atdığım 12 milyon manat pul elə kassada qalırdı. Sonra Dünyamin müəllim adam göndərib həmin pulları çıxardırdı. Mən bankdan nağd pul çıxartmamışam".

Daha sonra digər təqsirləndirilən A.Mədətov dindirilib. O qeyd edib ki, ailə üvzləri ilə birlikdə 2001-ci ildə "Abidə" MTK şirkətini yaradıb.

A.Mədətov söyləyib ki, Milli Məclisdə Sərdar Məmmədov adlı şəxs onu D.Xəlilovla tanış edib: "Biz söküntü işləri ilə bağlı bankdan kredit götürmək üçün Dünyamin Xəlilova müraciət etdim. Sonra onunla 25 faizə razılaşdıq. İşin gedişində Dünyamin müəllim Forma 2-yə qol çəkməyimi istədi, 4 dəfə buna etiraz elədim. Çünki məbləğlər çox şişirdilmişdi, onunla razı olmadım. Dünyamin Xəlilova bildirdim ki, "məni öldürsən də, Forma 2-yə qol çəkən deyiləm" söylədim. Daha sonra işin xətrinə bir neçə Forma 2-yə qol çəkdim. Çünki iş yarımçıq, camaat çöldə qalmışdı".

A.Mədətov deyib ki, bu işlərlə bağlı bir dəfə C.Hacıyevlə görüşüb: "Mən ancaq Dünyamin Xəlilovun sifarişini yerinə yetirmişəm. Bankdan pullar 100 ailənin hesabına köçürülüb".

 

Məhkəmədə elan olunub ki, ittiham aktına əsasən, A.Mədətov Beynəlxaq Bankın 3 milyon 226 min manat pulunu mənimsəyib.

A.Mədətov həmin məbləği təsdiqləyib: "Deməzdim ki, mənimsəmişəm. Düzdür, həmin vaxt Forma 2-də şişirdilmə olmuşdu".

Digər təqsirləndirilən S.Murtuzayev ifadəsində deyib ki, 2006-2007-ci illərdə rəhbəri olduğu "Alfaline" şirkətinə Beynəlxalq Bankdan 14 milyon manat kredit ayrılıb. O, bu işləri D.Xəlilovun istəyi ilə etdiyini bildirib: "Şirkətimiz mühəndis şirkətlərini maliyyələşdirdi. Mən şəxsən həmin maliyyələşmə zamanı orada iştirak etməmişəm. Sadəcə, sənədlərə qol çəkmişəm. 2010-cu ildə isə şirkətdən ayrılmışam, ancaq şirkət mənim adımda qalmışdı".

S.Murtuzayev dindirilən zaman söyləyib ki, rəhbəri olduğu şirkətdə əməkhaqqı alırmış.

Prosesdə fasliə elan olunub.

Qeyd edək ki, rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apllyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə İ.Hidayət-zadənin cəzasını 5 ilə endirib.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Nohur balıqçılığı ilə bağlı suallar cavablandırıldı
21.02.2019, 10:12

Nohur balıqçılığı ilə bağlı suallar cavablandırıldı

BirBank istifadəçilərinin sayı 400 000-i keçdi
21.02.2019, 10:08

BirBank istifadəçilərinin sayı 400 000-i keçdi

“Hökumət problemli kreditlərlə bağlı qərar verəcək” - Deputatdan xoş XƏBƏR   
21.02.2019, 10:04

“Hökumət problemli kreditlərlə bağlı qərar verəcək” - Deputatdan xoş XƏBƏR  

Ermənilər cəbhədə təxribat törətdi
21.02.2019, 09:57

Ermənilər cəbhədə təxribat törətdi

SOCAR Gürcüstana satdığı qazı niyə bahalaşdırdı? - Şirkətdən AÇIQLAMA   
21.02.2019, 09:50

SOCAR Gürcüstana satdığı qazı niyə bahalaşdırdı? - Şirkətdən AÇIQLAMA  

“5 dəqiqəyə ABŞ-ın idarəetmə sistemlərini məhv edərik” - Kontr-admiral HƏDƏLƏDİ
21.02.2019, 09:43

“5 dəqiqəyə ABŞ-ın idarəetmə sistemlərini məhv edərik” - Kontr-admiral HƏDƏLƏDİ

Ali məktəblərə qəbul imtahanlarının vaxtı dəyişdi   
21.02.2019, 09:40

Ali məktəblərə qəbul imtahanlarının vaxtı dəyişdi  

Məzahir Süleymanzadəyə ağır itki üz verdi   
21.02.2019, 09:38

Məzahir Süleymanzadəyə ağır itki üz verdi  

Banqladeşdə yanğın nəticəsində 81 nəfər ölüb
21.02.2019, 09:27

Banqladeşdə yanğın nəticəsində 81 nəfər ölüb

“50 min mənzilə çıxarış veriləcək” - Deputat prezidentin sərəncamından DANIŞDI
21.02.2019, 09:05

“50 min mənzilə çıxarış veriləcək” - Deputat prezidentin sərəncamından DANIŞDI

AvroLiqada 1/16 final - Bu gecə 15 görüş keçiriləcək - TƏQVİM  
21.02.2019, 08:55

AvroLiqada 1/16 final - Bu gecə 15 görüş keçiriləcək - TƏQVİM  

Çempionlar Liqasında 1/8 final: “Atletiko” və “Mançester Siti”dən qələbə
21.02.2019, 08:52

Çempionlar Liqasında 1/8 final: “Atletiko” və “Mançester Siti”dən qələbə

Deputat: “Smartfon telefonlar çox ailələri dağıdır” - MÜSAHİBƏ  
21.02.2019, 08:42

Deputat: “Smartfon telefonlar çox ailələri dağıdır” - MÜSAHİBƏ  

“Sənan haqqında sağlığında olduğu kimi danışırıq” - Şəhid polkovnik-leytenantın XANIMI+FOTOLAR   
21.02.2019, 08:23

“Sənan haqqında sağlığında olduğu kimi danışırıq” - Şəhid polkovnik-leytenantın XANIMI+FOTOLAR  

Manat bu gün hansı məzənnədə olacaq?   
21.02.2019, 08:11

Manat bu gün hansı məzənnədə olacaq?  

Dünyada ilk qatlanan ekranlı smartfon
21.02.2019, 00:56

Dünyada ilk qatlanan ekranlı smartfon

Azərbaycanda Kiçik çillə başa çatdı
21.02.2019, 00:46

Azərbaycanda Kiçik çillə başa çatdı

“Humanist addımlar Əli İnsanova da şamil oluna bilər” - Deputat
21.02.2019, 00:17

“Humanist addımlar Əli İnsanova da şamil oluna bilər” - Deputat

 Azərbaycanın Avropada tanıdılmasının peşəkarı - Hüquq müdafiəçisi yazır
21.02.2019, 00:03

 Azərbaycanın Avropada tanıdılmasının peşəkarı - Hüquq müdafiəçisi yazır

Azərbaycanda qaz hasilatı artır
20.02.2019, 23:51

Azərbaycanda qaz hasilatı artır

Zəlzələ Türkiyəni silkələdi
20.02.2019, 23:27

Zəlzələ Türkiyəni silkələdi

Həmsədrlər Ermənistanda Qarabağı müzakirə etdi
20.02.2019, 23:11

Həmsədrlər Ermənistanda Qarabağı müzakirə etdi

Bu komanda Avropa Liqasının 1/8 finalında - VİDEO
20.02.2019, 22:56

Bu komanda Avropa Liqasının 1/8 finalında - VİDEO

Türkiyə ilə Avropa Birliyi müzakirələri təxirə salındı - RƏSMİ
20.02.2019, 22:38

Türkiyə ilə Avropa Birliyi müzakirələri təxirə salındı - RƏSMİ

Canavarlar Şəkiyə hücum etdi
20.02.2019, 22:17

Canavarlar Şəkiyə hücum etdi

Aşıqlardan Kəramətə cavab: “O, şəxsiyyətsiz adamdır, qanı qarışıqdır”
20.02.2019, 22:03

Aşıqlardan Kəramətə cavab: “O, şəxsiyyətsiz adamdır, qanı qarışıqdır”

Erməni nazir tualetdən canlı yayım etdi - VİDEO
20.02.2019, 21:49

Erməni nazir tualetdən canlı yayım etdi - VİDEO

Agentlik sədri canlı yayımda Balakən sakinini işə dəvət etdi
20.02.2019, 21:36

Agentlik sədri canlı yayımda Balakən sakinini işə dəvət etdi

Azərbaycan hərbiçilərinin Koreya hərbi məktəblərində təhsili müzakirə olundu
20.02.2019, 21:20

Azərbaycan hərbiçilərinin Koreya hərbi məktəblərində təhsili müzakirə olundu

Azərbaycan “Ümumdünya Radiorabitə Konfransı”nda təmsil olunur
20.02.2019, 21:07

Azərbaycan “Ümumdünya Radiorabitə Konfransı”nda təmsil olunur

Ata qızı ilə birlikdə Paşinyana görə özünü yandırdı
20.02.2019, 20:51

Ata qızı ilə birlikdə Paşinyana görə özünü yandırdı

Türkiyədə hərbi kazarmada partlayış: 5 yaralı
20.02.2019, 20:41

Türkiyədə hərbi kazarmada partlayış: 5 yaralı

Marsa pilotlu ekspedisiya 2030-cu ildə reallaşa bilər
20.02.2019, 20:28

Marsa pilotlu ekspedisiya 2030-cu ildə reallaşa bilər

“ASAN xidmət” modeli daha  8 ölkədə
20.02.2019, 20:15

“ASAN xidmət” modeli daha  8 ölkədə

Xəzərlə bağlı saziş layihəsinin bir sıra müddəaları razılaşdırılıb
20.02.2019, 20:01

Xəzərlə bağlı saziş layihəsinin bir sıra müddəaları razılaşdırılıb

Əhalinin bir ayda qazancı 3,8 milyard manat olub
20.02.2019, 19:48

Əhalinin bir ayda qazancı 3,8 milyard manat olub

Azərbaycanla Aİ arasında danışıqların növbəti raundu keçirilib
20.02.2019, 19:35

Azərbaycanla Aİ arasında danışıqların növbəti raundu keçirilib

Türkiyə Rusiyadan S-400 komplekslərini almaqdan imtina etməyəcək
20.02.2019, 19:19

Türkiyə Rusiyadan S-400 komplekslərini almaqdan imtina etməyəcək

Netanyahu Rusiya səfərini təxirə saldı
20.02.2019, 19:03

Netanyahu Rusiya səfərini təxirə saldı

Bütün Avropa Qarabağ deyəcək
20.02.2019, 18:46

Bütün Avropa Qarabağ deyəcək

Kiyevdə Xocalı soyqırımına həsr olunmuş tamaşanın premyerası keçiriləcək
20.02.2019, 18:42

Kiyevdə Xocalı soyqırımına həsr olunmuş tamaşanın premyerası keçiriləcək

Bakıda naməlum şəxslər taksi sürücüsünü qarət etdi
20.02.2019, 18:35

Bakıda naməlum şəxslər taksi sürücüsünü qarət etdi

İsa Muğannanın nəvəsi dövlət qulluğuna qəbul oldu
20.02.2019, 18:20

İsa Muğannanın nəvəsi dövlət qulluğuna qəbul oldu

Ərdoğan: Ermənilər Türkiyəyə ona görə gəliblər ki...
20.02.2019, 18:12

Ərdoğan: Ermənilər Türkiyəyə ona görə gəliblər ki...

AMEA magistraturalarına qəbul üçün müsahibə mərhələsi ləğv olunub
20.02.2019, 18:07

AMEA magistraturalarına qəbul üçün müsahibə mərhələsi ləğv olunub

  Tramp demokrat rəqibini “dəlisov” adlandırdı
20.02.2019, 17:46

  Tramp demokrat rəqibini “dəlisov” adlandırdı

Bakı Meriyası Milli Şuranın mitinqinə icazə vermədi   
20.02.2019, 17:43

Bakı Meriyası Milli Şuranın mitinqinə icazə vermədi  

Qərbi Kaspi Universiteti beynəlxalq konfrans keçirəcək  
20.02.2019, 17:42

Qərbi Kaspi Universiteti beynəlxalq konfrans keçirəcək  

ABŞ dövlət katibi: “İŞİD-lə mübarizəyə fərqli taktikalarla davam edəcəyik”
20.02.2019, 17:36

ABŞ dövlət katibi: “İŞİD-lə mübarizəyə fərqli taktikalarla davam edəcəyik”

Azərbaycanda “Creative Business Cup”ın layihə qəbuluna başlanılır
20.02.2019, 17:07

Azərbaycanda “Creative Business Cup”ın layihə qəbuluna başlanılır

ARXİV