Modern.az

Məhbus ailələrinə şad XƏBƏR - Əfv Komissiyası iclasa toplanır

Məhbus ailələrinə şad XƏBƏR - Əfv Komissiyası iclasa toplanır

Aktual

11 Fevral 2019, 15:05

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının 2019-cu il üçün ikinci iclası keçiriləcək.

 

Bu barədə Modern.az-a Komissiyanın üzvü Əliməmməd Nuriyev bildirib. Ə.Nuriyevin sözlərinə görə, iclasda daxil olan müraciətlərə baxılacaq, müzakirələr aparılacaq.

Ə.Nuriyev deyib ki, Əfv Komissiyasının katibliyi və əfv sektoru daim işləyir, mütəmadi olaraq müraciətləri qəbul edir:

“Bu il böyük ehtimalla Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir. Amma təbii ki, bu, ölkə Prezidenti İlham Əliyevin səlahiyyətində olan məsələdir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı