Modern.az

Bakının mərkəzində silahlı şəxs saxlanıldı

Bakının mərkəzində silahlı şəxs saxlanıldı

11 Fevral 2019, 15:51

Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsi əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə əməliyyat tədbiri həyata keçirilib.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində paytaxt sakini əvvəllər Cinayət Məcəlləsinin 177.2.3 (oğurluq, təkrar törədildikdə) 177.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 228.1-ci( qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə məhkum olunmuş paytaxt sakini Zaur Stumbin özünü şübhəli apardığı üçün polislər tərəfindən saxlanılıb.

 

Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd atəşə yararlı “Naqan” markalı silah və həmin silaha məxsus 9 ədəd 7.62 kalibrli patron aşkar olunaraq maddi sübut kimi götürülüb.

 

Faktla bağlı 9-cu Polis Bölməsində Z.Stumbin barəsində toplanan materiallar araşdırılması üçün Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir