Arxiv
12 Fervral 2019, 08:26 | MƏDƏNİYYƏT
Əməkdar jurnalistdən müğənni Afət Fərmanqızına sərt REAKSİYA: “Gör nə günə qalmışıq ki...”

Əməkdar jurnalist Rəhman Orxan müğənni Afət Fərmanqızının dahi şair Nəsiminin sözlərinə oxuduğu "Pəncu şeş" adlı mahnısına sərt reaksiya verib. Modern.az-ın məlumatına görə, qocaman həmkarımız qəzəbini belə ifadə edib:

“Afət Fərmanqızı adında yeni peyda olmuş bir müğənni (25 il əvvəl də özünü Nazpəriyə oxşadaraq, şəklini şokolad korobkalarına yapışdırtdıran qız).

Gör nə günə qalmışıq ki, Afət adlı bu müğənni sinəsini qabağa verərək iddia edir ki, dahi İmaddədin Nəsiminin məşhur qəzəlindəki "Məndə sığar iki cahan" misrasında "iki"nin "ikən" olduğunu guya, o aşkar edib. 

Buna heç kəsin şübhəsi yoxdur ki, "...sığar İKƏN" Afətin düşüncəsinin "məhsulu" deyil və ola da bilməz. Bunu hələ 40 il əvvəl (onda o qız yəqin ki dünyaya təzəcə gəlmişdi) İraqda olarkən görkəmli şairimiz Rəsul Rza araşdırıb və ilk dəfə məhz o bildirib ki, Nəsimi dövrünün xəttatlarından birinin ərəb əlifbası ilə köçürdüyü həmin qəzəldə yol verilmiş "kiçik" bir səhvin - bir nöqtənin əskik düşməsi ilə "ikən" sözü "iki"yə çevrilib və uzun müddət məhz o cür oxunub. Və ilk dəfə olaraq məhz Rəsul Rza İraq səfəri zamanı aşkara çıxarıb və sübut edib ki, Nəsimi "Məndə sığar ikən cahan" deyib, "...iki cahan" yox.

Yəni ki, Afət, bu, sənin yox, Rəsul Rzanın 40 il əvvəlki araşdırmasının nəticəsidir. "...İkən"in müəllifliyini öz üzərinə götürməyə sənin haqqın, hüququn yoxdur. "Kəndini" "çoxbilmiş", birinci hesab edib, özünü nahaqdan reklam etmə!”.


Qeyd edək ki, müğənni Afət Fərmanqızının dahi Nəsiminin sözlərinə oxuduğu "Pəncu şeş" adlı həmin mahnı ictimaiyyətin qəzəbinə səbəb olub.

Nəsiminin qəzəlini hind musiqisi ilə sintez edərək, mahnıya xanım müğənni  sosial şəbəkə istifadəçilərinin tənqidlərinə tuş gəlib.

A.Fərmanqızı isə haqqında söylənilən tənqidlərə belə cavab verib: 

"Nəsimi özü yuxuma girdi və qəzəli mahnıya çevirməyi təklif etdi. İdeyanı rəhmətlik özü verdi. Nəsimi özü mənə icazə verdikdən sonra siz kimsiz?".



BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan idmançısı bürünc medal qazanıb 22 Aprel 2019, 00:24 Azərbaycan millisinin sabiq futbolçusu döyüldü 22 Aprel 2019, 00:07 Ukraynada səsvermənin ilk rəsmi nəticəsi açıqlandı 21 Aprel 2019, 23:49 Şimali Makedoniyada seçkilərin ilkin nəticələri açıqlandı 21 Aprel 2019, 23:28 Kılıçdaroğluna hücum edən 6 nəfər həbs edildi 21 Aprel 2019, 23:10 Bakıdakı yanğında iki azyaşlı tüstüdən zəhərləndi 21 Aprel 2019, 23:00 Zelenskinin daxili və xarici siyasəti necə olacaq? - Politoloq şərhi 21 Aprel 2019, 22:41 Salyandakı ağır qəzada 1 nəfər öldü 21 Aprel 2019, 22:17 Poroşenko siyasətdən getməyəcəyini açıqladı 21 Aprel 2019, 21:57 Vladimir Zelenski xalqa müraciət etdi 21 Aprel 2019, 21:34 Bir sutkada Suriyaya 1066 qaçqın qayıdıb 21 Aprel 2019, 21:19 Ukraynanın yeni  prezidenti  Zelenskidir 21 Aprel 2019, 21:01 Türkiyədə zəlzələ oldu 21 Aprel 2019, 20:45 “Hunday”ın təsisçisinin nəvəsi narkotikə görə tutuldu 21 Aprel 2019, 20:33 Bakıda fəhlə 13-cü mərtəbədən yıxılaraq ölüb 21 Aprel 2019, 20:21 Kamal Kılıçdaroğlu döyülməsindən danışdı: “Şəhidlərin dəfninə getməyimi istəmirlər” 21 Aprel 2019, 20:09 Elməddin Behbud: “Azərbaycan Türk Şurası ölkələri ilə münasibətlərin inkişafı istiqamətində fəaliyyət göstərir” 21 Aprel 2019, 20:08 Yeni rəsm əsəri: Dədə Qorqud və Napoleon bir arada 21 Aprel 2019, 18:29 Kamal Kılıçdaroğlu döyüldü - FOTOLAR 21 Aprel 2019, 18:07 General Bakı Qarnizonu ilə bağlı tapşırıq verdi 21 Aprel 2019, 18:03 Bakıda it 4 yaşlı uşağın üzünü parçaladı - FOTO 21 Aprel 2019, 17:58 AvroLiqanın kuboku Moskvada təqdim olundu 21 Aprel 2019, 17:05 Gürcüstanda aksiya -Polis qazdan və rezin güllədən istfadə etdi 21 Aprel 2019, 16:42 11-ci sinif şagirdləri buraxılış imtahanları veridilər - YENİLƏNİB 21 Aprel 2019, 16:00 Azərbayacn Xarici İşlər Nazirliyindən Şri-Lankada baş verən terrora MÜNASİBƏT 21 Aprel 2019, 15:54 Tovuzda 70 yaşlı kişi bıçaqlandı 21 Aprel 2019, 15:40 Dövlət qulluqçusu olmaq istəyənlər imtahan verdi   21 Aprel 2019, 15:10 Şri-Lankada terror aktlarının sayı 8-ə çatdı 21 Aprel 2019, 14:29 Sabahın HAVASI: Yağışlı, küləkli olacaq 21 Aprel 2019, 13:39 Avtobus  qəzasında xəsarət alanlar evə buraxıldı - YENİLƏNİB 21 Aprel 2019, 13:22