Modern.az

Təhsili olmayanlarla bağlı layihə hazırlanıb

Təhsili olmayanlarla bağlı layihə hazırlanıb

12 Fevral 2019, 10:08

“Təhsil haqqında” Qanunun tətbiqi barədə fərmanda, eyni zamanda Peşə təhsili ilə bağlı Strateji Yol Xəritəsində informal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınması bağlı normativ hüquqi aktın hazırlanması tapşırığı verilib. Biz də həmin tapşırığa uyğun olaraq layihə hazırlamışıq və bu, Nazirlər Kabinetinin qərar layihəsi olacaq”.

Modern.az-ın məlumatına görə, bunu  təhsil nazirinin müavini İdris İsayev deyib.

Nazir müavini bildirib ki, layihə razılaşdırılması üçün aidiyyatı orqanlara təqdim olunacaq. 

“Elə insanlarımız var ki, onlar müəyyən bilik və bacarıqlara malikdirlər, bunu müxtəlif vasitələrlə alıblar - kiminsə yanında öyrənib və yaxud, hanısa kurslarda iştirak ediblər. Lakin onların bilik və bacarıqları dövlət nümunəli təhsil sənədi ilə təsdiq olunmur. Onlar da əmək bazarına çıxmaqda çətinlik çəkirlər. Bu gün qeyri-rəsmi işləyənlərin müəyyən bir qismi həmin şəxslərdir. İstərdik ki, onlar əmək bazarına asan daxil ola bilsinlər və təminatlarından istifadə etsinlər. Bunun üçün həmin şəxslərin bilik və bacarıqlarını qaydalara uyğun olaraq müəyyən mərhələlərdən keçirərək tanıyacağıq. Bu, dünya ölkələrinin hər birində var. Bu 4 pilləli sistemi ölkəmizə tətbiq edərək həmin şəxslərin bilik və bacarıqlarını tanınması ilə bağlı sənəd verəcəyik”

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər