Modern.az

Mətbuat Şurası təlim kursu keçirib

Mətbuat Şurası təlim kursu keçirib

14 Dekabr 2009, 09:35

 

Mətbuat Şurası dekabrın 14-də Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə həyata keçirdiyi “Təlim kurslarının təşkili, media peşəkarlığının artırılmasında başlıca amil kimi” layihəsi çərçivəsində növbəti kursunu keçirib. 

Modern.az xəbər verir ki,

“KİV-də milli-mənəvi dəyərlərin işıqlandırılması” mövzusunda baş tutan təlim kursunda məşğələni Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Şamil Vəliyev aparıb.

 

Ş.Vəliyev media təmsilçilərinə KİV-də milli-mənəvi dəyərlərin işıqlandırılmasında təzahür edilən xüsusiyyətləri barədə məlumat verib. O, həmçinin jurnalistlərin mövzunu işləyərkən diqqət yetirməli olduqları məqamları praktikada özünü göstərən faktlar əsasında təhlil edib, konkret tövsiyyər verib.

 

Qeyd edək ki, bu, Şuranın mövcud layihə çərçivəsində həyata keçirdiyi sayca 6-cı təlim kursudur. Qurum dekabr ayı ərzində bir neçə digər mövzularda da məşğələlərin təşkilini nəzərdə tutur.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq