Modern.az

Türkiyədə “gülənçilər”ə qarşı əməliyyat – 1112 nəfər AXTARIŞDA

Türkiyədə “gülənçilər”ə qarşı əməliyyat – 1112 nəfər AXTARIŞDA

Dünya

12 Fevral 2019, 11:04

Türkiyədə Fətullah Gülənin başçılıq etdiyi “FETÖ” terror təşkilatının üzvlərinə qarşı kütləvi həbslər keçirilir.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, 76 vilayətdə 1112 nəfərin həbsi barədə hökm verilib.

Türkiyə hakimiyyəti Fətullah Güləni 2016-c il 15 iyul hərbi çevrilişinin əsas təşkilatçısı hesab edir. Həmin hadisələr zamanı 248 nəfər ölmüş, 2 mindən artıq insan isə yaralanmışdı.

 

Ölkədə fövqəladə vəziyyət 2018-ci ilin iyulunda aradan götürülmüşdü.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!