Modern.az

“Onların məqsədi gündəmi dəyişməkdir” - Bahar Muradova

“Onların məqsədi gündəmi dəyişməkdir” - Bahar Muradova

12 Fevral 2019, 13:15

“Azərbaycanın ən azı son 100 illik tarixini götürsək, onun bütün məqamlarında xalqımızın əsas gündəm məsələsi müstəqil, ayaqda duran dövlət və bu dövlətin bütün yaratdığı şərait nəticəsində azad, sərbəst rifah içərisində yaşayan vətəndaş cəmiyyəti qurmaq idi. Bizim əleyhdarlarımızın məqsədi isə gündəmi dəyişmək, diqqəti əsas məqsəddən, bizi dövlətimizi qüdrətli dövlətə çevirmək istiqamətindən yayındırmaq olub. Bu günümüz də belədir”.

 

Modern.az saytının xəbərinə görə, bunu Milli Məclisin sədr müavini Bahar Muradova parlamentin iclasında deyib.

 

O bildirib ki, Azərbaycanla Ermənistan arasında ötən ilin sonundan və bu ilin əvvəlindən danışıqlar prosesində müəyyən hərəkətlənmə müşahidə olunmaqdadır:

 

“Həm beynəlxalq təşkilatların vasitəçilərinin, həm ayrı-ayrı ölkələrin, həm də Ermənistan və Azərbaycan prezidentlərinin bəyanatlarında əksini tapan məqamlar müəyyən qədər ümidlənməyə imkan verir. Ortaya çıxan bu meyillər bir daha düşünməyə vadar edir. Biz həll etmək iqtidarımızı və qüdrətimizi nə qədər artırırıqsa, bunun qarşısını almaq istəyən dairələr də səylərini və cəhdlərini o qədər artırırlar”.

Onun sözlərinə görə, Azərbaycan dövlətinin öz vətəndaşının yanında olması heç zaman şübhə doğurmayıb və bu, ardıcıl məqsədyönlü siyasətdir:

 

“Bu, ardıcıl və məqsədyönlü bir siyasətdir. Biz bunun içərisindəyik, əksini söyləyənlər də bunu görürlər. Amma təbii ki, məqsəd başqadır, gündəmi dəyişməkdir. Əsas məqsəd qarşımızda dayanan vacib niyyətdən və məqsəddən yayındırmaqdır. Biz bunları nəzərə alaraq diqqətimizi əsas məqsədimizə yönəltməliyik. Gücdən qüdrətdən istifadə edərək, ölkə Prezidentinin müəyyən etdiyi cəsarətin yanında olmalıyıq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır