Modern.az

Mehriban Əliyeva uşaq müəssisələrində çalışanlara təşəkkür etdi  

Mehriban Əliyeva uşaq müəssisələrində çalışanlara təşəkkür etdi   

12 Fevral 2019, 13:52

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva fevralın 11-də Bakının Nərimanov rayonundakı Uşaq Psixonevroloji Mərkəzi, Nəsimi rayonundakı 1 nömrəli körpələr evi və 268 nömrəli xüsusi məktəbdə olub, uşaqlarla görüşdükdən sonra həmin müəssisələrdə azyaşlıların qayğısına qalan hər kəsə təşəkkürünü bildirib.

Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində yazılıb:

"Valideyn himayəsindən məhrum olmuş, müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlardan qayğı və məhəbbətini əsirgəməyən həkimlərə, müəllimlərə, tibbi heyətə və hər kəsə dərin minnətdarlığımı bildirirəm. Səmimiyyət, şəfqət və sevgi onlara hava kimi lazımdır. Laqeyd yanaşmayan hər kəsə təşəkkür edirəm".

//www.instagram.com/p/BtwGLZYAqdj/?utm_source=ig_share_sheet&igshid=1d7ng1ip9psdm

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir