Arxiv
12 Fervral 2019, 16:47 | AKTUAL
Deputatın “Dövlət Reklam Agentliyi ləğv olunmalıdır” tələbinə qarşı tərəf CAVAB VERDİ  

Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin müfəttişləri mütəmadi monitorinqlər aparır və qanunvericiliyin tələblərinə cavab verməyən reklamların yayımının aradan qaldırılması istiqamətində müvafiq addımlar atırlar.

Bu barədə Azərbaycan Dövlət Reklam Agentliyindən Modern.az-a bildirilib. Qeyd edilib ki, bu işdə ictimai nəzarət də mühüm əhəmiyyət kəsb edir:

“Qanunvericiliyin tələblərinə cavab verməyən reklamların yayımına rast gələn hər bir vətəndaşdan bu barədə Agentliyin 1412 Çağrı Mərkəzinə məlumat vermələri xahiş olunur.

Bununla yanaşı bildiririk ki, “Reklam haqqında” Qanunun 2.0.1-ci maddəsinə əsasən, reklam – reklam istehlakçısının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumatdır.

Göründüyü kimi, qanunda əmtəənin özü yox, onun barəsində yayımlanan məlumat reklam kimi təsbit olunub. Eyni zamanda, qanunvericikdə tütün məmulatlarının və spirtli içkilərin ticarət obyektlərinin çöldən görünən hissəsində yerləşdirilməsinə hər hansı məhdudiyyət müəyyən edilməyib”.


Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev “Gənclər siyasəti haqqında” qanuna dəyişiklik layihəsinin birinci oxunuşda müzakirəsi zamanı Dövlət Reklam Agentliyi haqqında iradlarını səsləndirib. Deputat bildirib ki, Bakıda siqaretlər açıq şəkildə reklam olunsa da, bunun qarşısı alınmır:

“Azərbaycan Dövlət Reklam Agentliyi var. Bir dəfə ofisimizin qarşısında (Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının qərargahını nəzərdə tutur-red.) qarşısındakı mağazaya gəlmişdilər. Soruşdum, nə baş verib?

Dedilər ki, mağazanın şüşələri rənglənməlidir. Çünki içəridəki mallar görünür, bu da reklamdır, ya reklam ödənişi edilməlidir, ya da rənglənməlidir. Necə olur ki, köşklərin qarşısındakı siqaretlər reklam hesab olunmur? Deməli, burada hansısa korrupsiya əlamətləri var. Spirtli içkilərin də reklamı qadağandır, amma mağazalarda ön şüşələrə düzülür. Dövlət Reklam Agentliyi bunların qarşısını almırsa, deməli, rüşvət alır".

Hətta Q.Həsənquliyev hesab edir ki, Dövlət Reklam Agentliyi ləğv olunmalıdır:

"Günlərin birində deputat həmkarlarımızla Fransada idik. Həmkarlarımızdan biri siqaret almaq istəyirdi, ona görə də mağazaya getdik. Bizə bildirdilər ki, siqaret qapalı yerdə saxlanılır, onu açıq yerə qoymuruq. Azərbaycanda siqaret reklamı qadağan olunsa da, buna əməl olunmur. Yəni gənclərin olduğu hər yerdə siqaret təbliğ olunur. Düşünürəm ki, Dövlət Reklam Agentliyi ləğv edilməli, səlahiyyətləri bələdiyyəyə verilməlidir”. 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə qırıcıları PKK mövqelərini bombaladı 24 Aprel 2019, 23:49 Azərbaycan nefti  77 dollara satılır  24 Aprel 2019, 23:32 ABŞ hərbçiləri Meksika ilə sərhədə göndərildi 24 Aprel 2019, 23:16 Azərbaycandan Həccə getmək üçün 500 müraciət edilib 24 Aprel 2019, 22:55 Gürcüstanda metroda yanğın 24 Aprel 2019, 22:43 26 binadan sakinlər təxliyə edildi - UÇQUN TƏHLÜKƏSİ 24 Aprel 2019, 22:26 Fəhlə işlədiyi zavodda qətlə yetirildi 24 Aprel 2019, 22:12 ABŞ-dan İrana ittiham 24 Aprel 2019, 21:47 Moskvada rekord istilər 24 Aprel 2019, 21:28 Salyanda  çayda batan müəllimə intihar edib - YENİLƏNİB 24 Aprel 2019, 21:22 Planetin ən gözəl qadını - FOTO 24 Aprel 2019, 21:15 İrlandiyalı jurnalistin ölümündə bu təşkilat günahkardır 24 Aprel 2019, 21:06 Çernobıl faciəsinin 33 illiyi anıldı - FOTOLAR 24 Aprel 2019, 20:45 Rövşən Rzayev Aprel döyüşləri qazisinə ev verdi 24 Aprel 2019, 20:31 Azərbaycanda “Twitter”dən ən çox bu rəsmi qurumlar istifadə edir - SİYAHI 24 Aprel 2019, 20:13 Prezidentin səlahiyyəti azaldılır 24 Aprel 2019, 20:01 FIFA 7 futbolçunu ömürlük futboldan uzaqlaşdırıb - SİYAHI 24 Aprel 2019, 19:46 DİN-dən bacısı tərəfindən “zəncirlənən” qardaşla bağlı AÇIQLAMA   24 Aprel 2019, 19:31 Lavrovla ATƏT-in baş katibi Qarabağ münaqişəsindən DANIŞDI 24 Aprel 2019, 19:12 Nazir əmək və sosial sığorta məsələləri ilə bağlı müzakirə apardı 24 Aprel 2019, 19:06 Yol polisindən sürücü və piyadalara MÜRACİƏT - FOTOLAR   24 Aprel 2019, 18:53 Goranboy icra başçısı “Region Aqropark”da olub   24 Aprel 2019, 18:36 Nazir: “Azərbaycan Qran-prisi üçün bütün biletlər satılıb” 24 Aprel 2019, 18:21 Zərərvericilərə qarşı bioloji mübarizədə YENİLİK 24 Aprel 2019, 17:52 “Azərbaycan Diaspor Könüllüləri” proqramı təqdim OLUNDU - VİDEO   24 Aprel 2019, 17:39 İcra başçısı tapşırıq verdi 24 Aprel 2019, 17:39 AMEA-da görkəmli alimlərin adına mükafatlar təsis edildi 24 Aprel 2019, 17:36 Tramp ermənilərin arzusunu ürəyində qoydu 24 Aprel 2019, 17:35 Polis intihar etmək istəyən şəxsin həyatını xilas etdi 24 Aprel 2019, 17:23 Deputat: “Uydurma “erməni soyqırımı” siyasi məqsədlərə xidmət edir”   24 Aprel 2019, 17:22 Manat və dollar sabah bu məzənnədə olacaq 24 Aprel 2019, 17:18 Mətbuat Şurası “Təzadlar” qəzetinin adını yenidən “qara siyahı”ya SALDI 24 Aprel 2019, 17:12 Övladlığagötürmə ilə bağlı yeni TƏLƏBLƏR 24 Aprel 2019, 17:07 Zaqatalada heyvanlar peyvəndləndi 24 Aprel 2019, 16:51 İlham Əliyev Çin Xalq Respublikasının Sədrini Azərbaycana dəvət etdi - YENİLƏNİB 24 Aprel 2019, 16:49