Arxiv
12 Fervral 2019, 17:20 | AKTUAL
20 saylı məktəb-lisey valideynlərin narahatlığına AYDINLIQ GƏTİRDİ  

Bakı şəhəri, Yasamal rayonu 20 saylı məktəb-liseylə bağlı şikayətlər var. Məktəb şagirdlərinin valideynləri tərəfindən Modern.az-a daxil olan şikayət hər ay ailələrə məxsus məlumatların toplanması ilə bağlıdır.


Adının çəkilməsini istəməyən valideynlər bildirir:

“Hər ay sinifin “Whatsapp” qrupuna eyni məzmunlu mesajlar yazılır. Valideynlərin, evdə yaşayan digər şəxslərin şəxsiyyət vəsiqələrinin surəti, poçt indeksi, uşaqların məktəbə hansı nömrəli avtomobillə, hansı avtobusla gəlib-getdiyi dəqiqləşdirilir”.

Valideynlər aidiyyatı üzrə məktəbdən bu məlumatların hansı əsaslarla toplandığını soruşublar. Məktəbdən onlara verilən məlumatda, bunun elektron baza sisteminin yaradılması ilə bağlı olduğu deyilib. Ailələr ondan narahatdırlar ki, bir müddət əvvəl Binəqədi rayonunda yerləşən məktəblərdən birində də bu cür məlumatlar toplanıb və valideynlərin adına müxtəlif banklardan kredit götürülüb:

“Kim zəmanət verir ki, bizim məlumatları toplayıb bu cür işlər görməyəcəklər? Baza sistemi yaradılır, lap yaxşı, uşağın məktəbə hansı maşınla gəlib-getdiyi, maşının markası onların nəyinə lazımdır?! Bəlkə mənim məlumatlarım əsasında bankdan özünə kredit götürəcək?! Məktəbin məlumat baza sistemi niyə hər ay yenilənir?!”

 

Məsələ ilə bağlı 20 nömrəli məktəb-liseyin direktor müavini Aynur Rüstəmova Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu, baza sisteminin yaradılması ilə bağlıdır:

“Şagirdlərlə bağlı hər hansı qurumdan məlumat istənilərkən sorğunu operativ cavablandırmaq məqsədilə məktəblilərin valideynləri haqqqında (iş yerləri, şəxsiyyət vəsiqələrinin surəti və faktiki yaşayış yerləri) məlumat toplanaraq baza yaradılır. Hər bir təhsil müəssisəsində belə bir baza olmalıdır. Şəxsiyyət vəsiqələrinin surəti də məhz bu məqsədlə toplanıb”.

 

A.Rüstəmova şagirdlərin məktəbə hansı avtmobil və avtobuslarda gəlməsilə bağlı məlumatların toplanmasını təkzib edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Lənkəranda quduzlaşmış itlər 8 nəfəri yaralayıb 25 Aprel 2019, 00:39 Sel əsgərin cəsədini 37 il sonra ölkəsinə gətirdi 25 Aprel 2019, 00:26 FİFA 8 nəfəri ömürlük futboldan uzaqlaşdırdı 25 Aprel 2019, 00:08 Türkiyə qırıcıları PKK mövqelərini bombaladı 24 Aprel 2019, 23:49 Azərbaycan nefti  77 dollara satılır  24 Aprel 2019, 23:32 ABŞ hərbçiləri Meksika ilə sərhədə göndərildi 24 Aprel 2019, 23:16 Azərbaycandan Həccə getmək üçün 500 müraciət edilib 24 Aprel 2019, 22:55 Gürcüstanda metroda yanğın 24 Aprel 2019, 22:43 26 binadan sakinlər təxliyə edildi - UÇQUN TƏHLÜKƏSİ 24 Aprel 2019, 22:26 Fəhlə işlədiyi zavodda qətlə yetirildi 24 Aprel 2019, 22:12 ABŞ-dan İrana ittiham 24 Aprel 2019, 21:47 Moskvada rekord istilər 24 Aprel 2019, 21:28 Salyanda  çayda batan müəllimə intihar edib - YENİLƏNİB 24 Aprel 2019, 21:22 Planetin ən gözəl qadını - FOTO 24 Aprel 2019, 21:15 İrlandiyalı jurnalistin ölümündə bu təşkilat günahkardır 24 Aprel 2019, 21:06 Çernobıl faciəsinin 33 illiyi anıldı - FOTOLAR 24 Aprel 2019, 20:45 Rövşən Rzayev Aprel döyüşləri qazisinə ev verdi 24 Aprel 2019, 20:31 Azərbaycanda “Twitter”dən ən çox bu rəsmi qurumlar istifadə edir - SİYAHI 24 Aprel 2019, 20:13 Prezidentin səlahiyyəti azaldılır 24 Aprel 2019, 20:01 FIFA 7 futbolçunu ömürlük futboldan uzaqlaşdırıb - SİYAHI 24 Aprel 2019, 19:46 DİN-dən bacısı tərəfindən “zəncirlənən” qardaşla bağlı AÇIQLAMA   24 Aprel 2019, 19:31 Lavrovla ATƏT-in baş katibi Qarabağ münaqişəsindən DANIŞDI 24 Aprel 2019, 19:12 Nazir əmək və sosial sığorta məsələləri ilə bağlı müzakirə apardı 24 Aprel 2019, 19:06 Yol polisindən sürücü və piyadalara MÜRACİƏT - FOTOLAR   24 Aprel 2019, 18:53 Goranboy icra başçısı “Region Aqropark”da olub   24 Aprel 2019, 18:36 Nazir: “Azərbaycan Qran-prisi üçün bütün biletlər satılıb” 24 Aprel 2019, 18:21 Zərərvericilərə qarşı bioloji mübarizədə YENİLİK 24 Aprel 2019, 17:52 “Azərbaycan Diaspor Könüllüləri” proqramı təqdim OLUNDU - VİDEO   24 Aprel 2019, 17:39 İcra başçısı tapşırıq verdi 24 Aprel 2019, 17:39 AMEA-da görkəmli alimlərin adına mükafatlar təsis edildi 24 Aprel 2019, 17:36 Tramp ermənilərin arzusunu ürəyində qoydu 24 Aprel 2019, 17:35 Polis intihar etmək istəyən şəxsin həyatını xilas etdi 24 Aprel 2019, 17:23 Deputat: “Uydurma “erməni soyqırımı” siyasi məqsədlərə xidmət edir”   24 Aprel 2019, 17:22 Manat və dollar sabah bu məzənnədə olacaq 24 Aprel 2019, 17:18 Mətbuat Şurası “Təzadlar” qəzetinin adını yenidən “qara siyahı”ya SALDI 24 Aprel 2019, 17:12