Türkiyə ilə Suriya sərhədində atışma olub. Modern.az xəbər verir ki, hadisə Kilis vilayətinin “Çobanbəy” sərhəd-keçid məntəqəsində baş verib.
Məlumata görə, hadisə nəticəsində azı 3 nəfər xəsarət alıb.
Qeyd olunur ki, partlayıcı maddə ilə yüklənmiş avtomobil partladılıb. Hadisə sərhəd-keçid məntəqəsinin Suriya ərazisində baş verib.
Partlayışla bağlı hələlik məsuliyyəti üzərinə götürən olmayıb.