Arxiv
12 Fervral 2019, 23:13 | AKTUAL
İlham Əliyev: “Keçən il Azərbaycana turizmdən iki milyard dollar vəsait daxil oldu”

“Turizm hər bir ölkə üçün çox önəmli bir sahədir. Elə ölkələr var ki, onların ümumi daxili məhsulunda əsas hissə turizmlə bağlıdır. Biz də çalışırıq ki, Azərbaycanın turizm imkanlarını genişləndirək və bu istiqamətdə müxtəlif addımlar atırıq. İlk növbədə, əlbəttə ki, infrastruktur yaradılmalı idi. Əgər infrastruktur yoxdursa, heç bir turist buraya gəlməz. Azərbaycanda hazırda altı beynəlxalq hava limanı fəaliyyət göstərir. Gözəl yollar, dəmir yolları, xidmət infrastrukturu, otellər, ictimai yerlər yaradılmalı idi. Əlbəttə ki, hər bir turist üçün təhlükəsizlik məsələləri, xüsusilə indiki zəmanədə ön plandadır”. Modern.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev “Real TV”yə müsahibəsində bildirib.

 

İlham Əliyev qeyd edib ki, Azərbaycan dünyanın bəlkə də ən təhlükəsiz ölkələrindən biridir: “Xalqımızın qonaqpərvərliyi, gözəl iqlim, gözəl şərait. Bütün bunlar turizmin inkişafı üçün əsas şərtlər idi ki, biz bunları yaratdıq. İkinci məsələ ondan ibarət idi ki, biz turistləri necə cəlb edək, Azərbaycanı dünyaya necə təqdim edək. Burada xüsusi rol oynayan Azərbaycanda keçirilmiş beynəlxalq tədbirlər idi. Avropa Oyunları. 2015-ci ildə keçirilmiş Avropa Oyunlarından sonra və 2016-cı ildə keçirilmiş birinci Formula 1 yarışından sonra Azərbaycana gələn turistlərin sayı 22 faiz artdı. Yaxşı, nəyə görə bu vaxta qədər artmırdı. Bu vaxta qədər də biz turistləri cəlb etmək üçün səylər göstərirdik. Məhz Avropa Oyunları, Formula 1 yarışları turistlərin sayını 22 faiz qaldırdı. Ondan sonra - 2017-ci ildə İslam Həmrəyliyi Oyunları keçirilmişdir. Biz gördük ki, müsəlman ölkələrindən gələn turistlərin sayı kəskin artdı. Bəzi ölkələrdən 3-4 dəfə. Yəni, bu Oyunların da çox böyük təsiri oldu. 2017-ci ildə turistlərin sayı 20 faiz artdı. Amma o 22 faizin üstündə olan rəqəmdir. Təsəvvür edin nə qədər. Deməli, keçən il 6 faiz artdı. Artım böyük deyil, amma artıq baza yüksəkdir. Bu ilin yanvar ayında yenə də artır. Təkcə Formula 1 yarışı birbaşa ölkəmizə, ölkəmizin xidmət sektoruna təxminən 300 milyon dollara yaxın vəsaitin daxil olmasına şərait yaratdı. Yarım milyard auditoriyası olan bu yarış əlbəttə ki, Azərbaycan üçün çox böyük fayda gətirir. Bu yarışlar 21 şəhərdə keçirilir. Əgər bu yarışlar səmərəsizdirsə, əgər bu yarışlar iqtisadi itkilərə gətirirsə, inkişaf etmiş şəhərlərdə bu yarışlar keçirilərdimi? Əlbəttə ki, yox.

 

Biz xidmət sektorunda bundan çox böyük xeyir götürürük. Azərbaycanı dünyada tanıtmaq üçün bunun çox böyük əhəmiyyəti var. Turizm ixracın bir növüdür. Mən bir müqayisə gətirim sizin üçün. Keçən il kənd təsərrüfatı məhsullarının ixracından Azərbaycan turizmdən gələn vəsaitdən daha az vəsait əldə etdi. Yəni, turizm ixrac növüdür. Keçən il Azərbaycana turizmdən iki milyard dollar vəsait daxil oldu. Bu vəsait vətəndaşlara, xidmət sektoruna, vergilərə və ümumi inkişafa xidmət göstərir. Ona görə biz qabaqcıl ölkələrin təcrübəsini öyrənirik və çalışırıq ki, Azərbaycanda turizm sənayesi daha da sürətlə inkişaf etsin. Keçən il ölkəmizə 2 milyon 800 min xarici qonaq gəlmişdi. Bu il daha çox gələcək. Bu, bizim iqtisadi inkişafımızın çox önəmli istiqamətidir”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
FİFA 8 nəfəri ömürlük futboldan uzaqlaşdırdı 25 Aprel 2019, 00:08 Türkiyə qırıcıları PKK mövqelərini bombaladı 24 Aprel 2019, 23:49 Azərbaycan nefti  77 dollara satılır  24 Aprel 2019, 23:32 ABŞ hərbçiləri Meksika ilə sərhədə göndərildi 24 Aprel 2019, 23:16 Azərbaycandan Həccə getmək üçün 500 müraciət edilib 24 Aprel 2019, 22:55 Gürcüstanda metroda yanğın 24 Aprel 2019, 22:43 26 binadan sakinlər təxliyə edildi - UÇQUN TƏHLÜKƏSİ 24 Aprel 2019, 22:26 Fəhlə işlədiyi zavodda qətlə yetirildi 24 Aprel 2019, 22:12 ABŞ-dan İrana ittiham 24 Aprel 2019, 21:47 Moskvada rekord istilər 24 Aprel 2019, 21:28 Salyanda  çayda batan müəllimə intihar edib - YENİLƏNİB 24 Aprel 2019, 21:22 Planetin ən gözəl qadını - FOTO 24 Aprel 2019, 21:15 İrlandiyalı jurnalistin ölümündə bu təşkilat günahkardır 24 Aprel 2019, 21:06 Çernobıl faciəsinin 33 illiyi anıldı - FOTOLAR 24 Aprel 2019, 20:45 Rövşən Rzayev Aprel döyüşləri qazisinə ev verdi 24 Aprel 2019, 20:31 Azərbaycanda “Twitter”dən ən çox bu rəsmi qurumlar istifadə edir - SİYAHI 24 Aprel 2019, 20:13 Prezidentin səlahiyyəti azaldılır 24 Aprel 2019, 20:01 FIFA 7 futbolçunu ömürlük futboldan uzaqlaşdırıb - SİYAHI 24 Aprel 2019, 19:46 DİN-dən bacısı tərəfindən “zəncirlənən” qardaşla bağlı AÇIQLAMA   24 Aprel 2019, 19:31 Lavrovla ATƏT-in baş katibi Qarabağ münaqişəsindən DANIŞDI 24 Aprel 2019, 19:12 Nazir əmək və sosial sığorta məsələləri ilə bağlı müzakirə apardı 24 Aprel 2019, 19:06 Yol polisindən sürücü və piyadalara MÜRACİƏT - FOTOLAR   24 Aprel 2019, 18:53 Goranboy icra başçısı “Region Aqropark”da olub   24 Aprel 2019, 18:36 Nazir: “Azərbaycan Qran-prisi üçün bütün biletlər satılıb” 24 Aprel 2019, 18:21 Zərərvericilərə qarşı bioloji mübarizədə YENİLİK 24 Aprel 2019, 17:52 “Azərbaycan Diaspor Könüllüləri” proqramı təqdim OLUNDU - VİDEO   24 Aprel 2019, 17:39 İcra başçısı tapşırıq verdi 24 Aprel 2019, 17:39 AMEA-da görkəmli alimlərin adına mükafatlar təsis edildi 24 Aprel 2019, 17:36 Tramp ermənilərin arzusunu ürəyində qoydu 24 Aprel 2019, 17:35 Polis intihar etmək istəyən şəxsin həyatını xilas etdi 24 Aprel 2019, 17:23 Deputat: “Uydurma “erməni soyqırımı” siyasi məqsədlərə xidmət edir”   24 Aprel 2019, 17:22 Manat və dollar sabah bu məzənnədə olacaq 24 Aprel 2019, 17:18 Mətbuat Şurası “Təzadlar” qəzetinin adını yenidən “qara siyahı”ya SALDI 24 Aprel 2019, 17:12 Övladlığagötürmə ilə bağlı yeni TƏLƏBLƏR 24 Aprel 2019, 17:07 Zaqatalada heyvanlar peyvəndləndi 24 Aprel 2019, 16:51