Modern.az

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

Aktual

12 Fevral 2019, 23:29

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 11-i 63,81 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,42 dollar/barel azdır. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 62,63 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,39 dollar/barel azdır.

 

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 59,13 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,48 dollar/barel çoxdur.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 61,31 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətdən 0,65 dollar/barel çoxdur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır