Modern.az

Məhkəmə 1800 “sarı jiletli”yə cəza verib

Məhkəmə 1800 “sarı jiletli”yə cəza verib

13 Fevral 2019, 00:14

Fransada “sarı jiletlilər” hərəkatının keçirdiyi etiraz aksiyaları zamanı baş verən iğtişaşların iştirakçıları barədə məhkəmələr tərəfindən 1800-dək hökm verilib.

 

Modern.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş nazir Eduard Filip məlumat verib.

 

“Hərəkat başlayandan bu günədək məhkəmələr tərəfindən 1796 hökm verilib, 1422 nəfər də barələrində məhkəmə hökmünü gözləyir”, - deyə hökumət başçısı parlamentin aşağı palatasında deputatların suallarını cavablandırarkən bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir