Modern.az

Səbaildə partlayış - ev tam dağıldı

Səbaildə partlayış - ev tam dağıldı

13 Fevral 2019, 12:02

13 fevral 2019-cu il saat 06-00 radələrində Səbail rayonu, 20-ci sahə, Cernyaxovski küç. 42 ünvanında partlayış baş verib.

 

Səbail rayon İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə, partlayış 1955-ci ildə anadan olmuş Umudov Köçəri Bahadur oğluna məxsus 1 mərtəbəli, 2 otaqlı, sahəsi 20 kv.m. olan evdə qaz sızması nəticəsində baş verib.

Nəticədə köhnə tikinti materiallarından tikilən ev tam dağılıb, həyətdə həmin vətəndaşa məxsus sahəsi 110 kv.m. olan 4 otaqlı digər evin 15 kv m. sahədə dam örtüyünə ziyan dəyib. xəsarət alan yoxdur.

Rəsmi məlumata görə, evin yaxınlığında olan 20-ə yaxın digər evlərə də qismən ziyan dəyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır