26 mart 2019, Çərşənbə axşamı
Ana Səhifə - MEDİA - ABŞ-da yaşayan məşhur azərbaycanlı teleaparıcı…  
ABŞ-da yaşayan məşhur azərbaycanlı teleaparıcı…  
13.02.2019, 12:05

Deyir ki, "Mən buraya Amerikanı fəth etmək üçün gəlməmişəm. Valideynlərim burada yaşadıqları üçün ABŞ-dayam"…

Onunla ünsiyyətimiz ilk dəqiqədən alındı. Çox şən və mehriban xanımdır. Azərbaycanla bağlı o qədər ideyaları var ki, onları həyata keçirə bilsə, istəsə, istəməsə də Amerikanı fəth edənlərdən biri olacaq…

Haqqında söhbət açdığım Günel Musəvi Bakıda dünyaya gəlib. 1995-ci ildə 46 nömrəli məktəbdə orta təhsilini başa vurub. 1996-2000-ci illərdə Təfəkkür Universitetində ingilis dilinin filologiyası fakültəsində ali təhsilə yiyələnib. 

1999-2000-ci illərdə Azad Azərbaycan Teleradio Şirkətinin "106 FM" radiosunda "Yuxudan Oyan" verilişinin aparıcısı olub. Sonra bir il ABA telekanalında yayımlanan, ölkədə ilk milli mahnıların hit paradı olan "Qızıl onluq" verilişini aparıb, daha sonra isə onu məhşurlaşdıran "100%" verilişinə aparıcılıq edib. Arada Amerikaya, qardaşının yanına gəlib, altı ay burada yaşayıb. 2004-cü ildə vətənə geri dönərək yenidən beş il "Lider" telekanalında işləyib.

2009-cu ildən ABŞ-ın Minesota ştatında yaşayır. 1999-cü ildən Amerikaya köçənədək bir sıra bədii filmlərdə, seriallarda, kliplərdə rol alıb, "Bakılı oğlanlar" şən və hazırcavablar klubunun heyətində çıxışlar edib…

2010-2012-ci illərdə Metropolitan Dövlət Universitetində təhsil alaraq uşaq psixologiyası üzrə bakalavr dərəcəsinə yiyələnib. 2013-cü ildə "Every Azeri" internet bloq yaradaraq müxtəlif ölkələrdə yaşayan azərbaycanlı xanımları bir araya gətirməyə çalışıb. 2015-ci ildə körpə övladı olduğundan bu bloqun fəaliyyətini dayandırıb. 2017-ci ildən Konkordia Universitetinin Səhiyyədə biznesin idarə edilməsi üzrə (MBA) magistratura pilləsində təhsili alır…

…Babası professor Mir Tağı Musəvi tarix elmləri namizədi olub. AMEA-nın Tarix institutunda və eyni zamanda Azərbaycan dövlət radiosunun beynəlxalq verilişlər redaksiyasında çalışıb. O, burada İranda yaşayan sodaşlarımız üçün hazırlanan verilişlərə redaktorluq edib…

Hazırda Minesota ştatında məskunlaşan atası Yusif Musəvi ixtisasca mühəndisdir. Anası Sərur xanım Hüseynova uzun illər Azərbaycan Xarici Dillər İnstitutunda fransız dilini tədris edib.

Günel xanımın Sevil adlı bir qızı var…

Deyir ki,  "Azərbaycan mətbuatını hər gün izləyirəm. Milli kimliyim mənim üçün çox önəmlidir. Çalışıram ki, milli bayramlarımızda soydaşlarımızı bir araya gətirim. Elə ona görə də "Minesota Azərbaycan Asossasiyası"nı təsis edib dövlət qeydiyyatından keçirmişəm. Uğurlarımız da var"…

Azərbaycan naminə müxtəlif tədbirlər keçirməyi planlaşdırır. Artıq bir neçəsi baş tutub. "Azərbaycan kino gecəsi" adlı tədbirdə "Qaynana" bədii filmini nümayiş etdirərək, Amerikada doğulan azərbaycanlı uşaqları kino mədəniyyətimizlə tanış edib. May ayında "Azərbaycan mətbəxi günü" keçirməyi qərara alıb. İstəyir ki, bu tədbirə amerikalıları da cəlb edib onları mətbəximizin təamlarının hazırlanması ilə tanış etsin. Anası müəllim olduğundan, onun vasitəsi ilə azərbaycan dilində yay dərsləri təşkil edib, burada böyüyən uşaqlara ana dilini tədris etdirmək istəyir. Bundan əlavə, hər dəfə bir azərbaycanlı ailəsində nağıl günləri keçirmək planlaşdırır…

…ABŞ-ın bəzi ştatlarına nisbətən Minisotada soydaşlarımızın sayı elə də çox deyil, amma bu xanımın iradəsi, əzmkarlığı, vətənpərliyi bunu inamla söyləməyə imkan verir: Bir vaxtlar "sehirli qutudan" yayımlanan maraqlı verilişləri ilə Azərbaycan ictimaiyyətinin rəğbətini qazanmış Günel Musəvi çox keçməz ki, ABŞ-da yaşayan azərbaycanlıların da sevimlisi olar…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Bakıda 45 yaşlı kişi liftdə bıçaqlandı
26.03.2019, 01:02

Bakıda 45 yaşlı kişi liftdə bıçaqlandı

Çin Fransadan 300  "Airbus" alır
26.03.2019, 00:44

Çin Fransadan 300  "Airbus" alır

İsrail hərbçiləri ilə “Həmas” arasında razılaşma
26.03.2019, 00:29

İsrail hərbçiləri ilə “Həmas” arasında razılaşma

Avtomobillər qar uçqunu altında qaldı
26.03.2019, 00:14

Avtomobillər qar uçqunu altında qaldı

Nemət Pənahlı Azərbaycan Xalq Hərəkatından çıxarıldı
25.03.2019, 23:57

Nemət Pənahlı Azərbaycan Xalq Hərəkatından çıxarıldı

Suriyada 3 hərbçisi öldü
25.03.2019, 23:42

Suriyada 3 hərbçisi öldü

Türkiyə millisi Moldovaya heç bir şans vermədi
25.03.2019, 23:27

Türkiyə millisi Moldovaya heç bir şans vermədi

Sərnişin təyyarəsi səhvən başqa şəhərə uçdu
25.03.2019, 23:10

Sərnişin təyyarəsi səhvən başqa şəhərə uçdu

Yardımlıya qar yağdı - VİDEO
25.03.2019, 22:56

Yardımlıya qar yağdı - VİDEO

Gəncədə ata və oğlunu maşın vurdu
25.03.2019, 22:43

Gəncədə ata və oğlunu maşın vurdu

Avropa Birliyi “Breksit”lə bağlı hazırlıqları tamamlayır
25.03.2019, 22:30

Avropa Birliyi “Breksit”lə bağlı hazırlıqları tamamlayır

Meyxanaçı Ağakərim barədə üzücü xəbər
25.03.2019, 22:13

Meyxanaçı Ağakərim barədə üzücü xəbər

Türkiyə ABŞ-ın qərarını pislədi
25.03.2019, 22:00

Türkiyə ABŞ-ın qərarını pislədi

“Gələn oyunlara hazırlıq mənim üçün daha vacibdir” - Nikola Yurçeviç
25.03.2019, 21:42

“Gələn oyunlara hazırlıq mənim üçün daha vacibdir” - Nikola Yurçeviç

BMT-nin Qolan yüksəkliklərinin statusu barədə mövqeyi dəyişməyib
25.03.2019, 21:25

BMT-nin Qolan yüksəkliklərinin statusu barədə mövqeyi dəyişməyib

“Azərbaycan yığmasının texnikalı oyunçuları var” - Rəqib baş məşqçi
25.03.2019, 21:11

“Azərbaycan yığmasının texnikalı oyunçuları var” - Rəqib baş məşqçi

İsrail ordusu Qəzzanı bombalayıb
25.03.2019, 20:56

İsrail ordusu Qəzzanı bombalayıb

Tramp İsrailin Qolan yüksəklikləri üzərindəki suverenliyini tanıdı
25.03.2019, 20:43

Tramp İsrailin Qolan yüksəklikləri üzərindəki suverenliyini tanıdı

Gəncədə ağır qəza: yaralılar var
25.03.2019, 20:27

Gəncədə ağır qəza: yaralılar var

18 nəfər daşqınların qurbanı oldu - VİDEO
25.03.2019, 20:14

18 nəfər daşqınların qurbanı oldu - VİDEO

Azərbaycan millisi Litva ilə bacarmadı
25.03.2019, 20:00

Azərbaycan millisi Litva ilə bacarmadı

Havalar niyə soyuq keçir? - Baş hidroloq aydınlıq gətirdi   
25.03.2019, 17:48

Havalar niyə soyuq keçir? - Baş hidroloq aydınlıq gətirdi  

Azərbaycan - Litva: heyətlər açıqlandı
25.03.2019, 17:40

Azərbaycan - Litva: heyətlər açıqlandı

Tanıdığınız tanışlar: Məşhur yazarı tanıya bildiniz?..   
25.03.2019, 17:17

Tanıdığınız tanışlar: Məşhur yazarı tanıya bildiniz?..   

Universitetlər müəllimlərə nə qədər maaş verir...   
25.03.2019, 16:57

Universitetlər müəllimlərə nə qədər maaş verir...  

Əliyev Paşinyanla 29 martda bu şəhərdə görüşəcək
25.03.2019, 16:24

Əliyev Paşinyanla 29 martda bu şəhərdə görüşəcək

Bakıda mənzildən qadın meyiti tapılıb
25.03.2019, 16:23

Bakıda mənzildən qadın meyiti tapılıb

“Edam günü” bədii filminin növbəti uğuru
25.03.2019, 16:06

“Edam günü” bədii filminin növbəti uğuru

Zaur Darğalı Marneulidə mer olmaq uğrunda mübarizə aparacaq    
25.03.2019, 15:53

Zaur Darğalı Marneulidə mer olmaq uğrunda mübarizə aparacaq  

Əli İnsanov yeni təşkilat yaradır
25.03.2019, 15:48

Əli İnsanov yeni təşkilat yaradır

“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları Ağstafadan yola salındı
25.03.2019, 15:35

“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları Ağstafadan yola salındı

Türkiyədən ANONS: “Rusiya vətəndaşları daxili pasportla ölkəmizə gələ bilər”
25.03.2019, 15:18

Türkiyədən ANONS: “Rusiya vətəndaşları daxili pasportla ölkəmizə gələ bilər”

“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı keçiriləcək
25.03.2019, 15:09

“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı keçiriləcək

Silahlı şəxs 5 nəfəri güllələdi
25.03.2019, 15:05

Silahlı şəxs 5 nəfəri güllələdi

Sabunçuda bağ evlərindən oğurluq edən dəstə tutuldu
25.03.2019, 14:55

Sabunçuda bağ evlərindən oğurluq edən dəstə tutuldu

Türkiyəyə aparılan Eldar Sabiroğlu əməliyyat olunacaq - AÇIQLAMA
25.03.2019, 14:19

Türkiyəyə aparılan Eldar Sabiroğlu əməliyyat olunacaq - AÇIQLAMA

Azərbaycanda məhkum uşaq evindəki azyaşlı qardaşı ilə görüşdürüldü - FOTO   
25.03.2019, 14:02

Azərbaycanda məhkum uşaq evindəki azyaşlı qardaşı ilə görüşdürüldü - FOTO  

Gömrükçülər 2 avtomobildən 14 telefon aşkarladı - FOTO
25.03.2019, 13:39

Gömrükçülər 2 avtomobildən 14 telefon aşkarladı - FOTO

Timoşenko Poroşenkonu həbsxanaya salmaq istəyir
25.03.2019, 13:36

Timoşenko Poroşenkonu həbsxanaya salmaq istəyir

Ali məktəbələrə sənəd qəbulu davam edir - 10 gündə qeydiyyatdan keçənlərin sayı   
25.03.2019, 13:36

Ali məktəbələrə sənəd qəbulu davam edir - 10 gündə qeydiyyatdan keçənlərin sayı  

Fəzail Ağamalı: “Əli İnsanovun siyasi perspektivi yoxdur”   
25.03.2019, 13:21

Fəzail Ağamalı: “Əli İnsanovun siyasi perspektivi yoxdur”  

Azərbaycandakı tənha ahılların sayı AÇIQLANDI
25.03.2019, 13:07

Azərbaycandakı tənha ahılların sayı AÇIQLANDI

80 min Qarabağ veteranı Prezident təqaüdü alacaq
25.03.2019, 13:03

80 min Qarabağ veteranı Prezident təqaüdü alacaq

Ermənistanlı gənclər Qarabağda ölmək istəmirlər - “Azərbaycan vəziyyətdən istifadə etməlidir”
25.03.2019, 12:47

Ermənistanlı gənclər Qarabağda ölmək istəmirlər - “Azərbaycan vəziyyətdən istifadə etməlidir”

Paşinyan generallarla qapalı iclas keçirəcək
25.03.2019, 12:45

Paşinyan generallarla qapalı iclas keçirəcək

Azərbaycan hekayələri Fransada təqdim olundu
25.03.2019, 12:36

Azərbaycan hekayələri Fransada təqdim olundu

Danışan telefon   
25.03.2019, 12:24

Danışan telefon  

Sumqayıtda işıq kəsiləcək - SƏBƏB
25.03.2019, 12:16

Sumqayıtda işıq kəsiləcək - SƏBƏB

Sabahın hava proqnozu açıqlandı - Yağış, külək...   
25.03.2019, 12:06

Sabahın hava proqnozu açıqlandı - Yağış, külək...  

Siyasi “meyit”in dirçəlmək cəhdləri
25.03.2019, 11:59

Siyasi “meyit”in dirçəlmək cəhdləri

ARXİV