Modern.az

Dövlət Departamenti Ermənistandan narazı qaldı

Dövlət Departamenti Ermənistandan narazı qaldı

13 Fevral 2019, 12:54

ABŞ Dövlət Deparatamenti Suriyaya humanitar yardım və minatəmizləyən hərbçilər göndərən Ermənistanı kəskin tənqid edib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, rəsmi Vaşinqton Suriya rejimi ilə əməkdaşlığın qəbuledilməz olmasını vurğulayıb.

 

“Biz humanitar niyyətləri alqışlaşsaq da, Suriya ordusu ilə mülki və hərbi sahələrdə əməkdaşlığı pisləyirik. Biz həmçinin, Rusiya ilə Ermənistanın bu sahədə əməkdaşlığını da düzgün saymırıq”-deyə bəyanatda deyilir.

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir