Modern.az

Ermənistanda etiraz edən fəhlələr Gürcüstana gedən dəmiryolunu bağladılar

Ermənistanda etiraz edən fəhlələr Gürcüstana gedən dəmiryolunu bağladılar

13 Fevral 2019, 18:25

Ermənistanın Alaverdi rayonundakı misəritmə zavodunun əməkdaşları bu gün Ermənistan-Gürcüstan dəmiryolunu bağlayıblar. Məlumatı “Sputnik Ermənistan” yayıb.

 

Bildirilib ki, aksiya iştirakçıları zavodun gələcək fəaliyyətinə aydınlıq gətirilməsini tələb ediblər.

Onlar Baş nazir Nikol Paşinyan (yaxud bu sahəyə məsul olan Baş nazirin müavini) və "Valleks” şirkətinin rəhbəri Valeri Meclumyanın, həmçinin zavodun keçmiş sahibi, VTB-nin (Ümumrusiya Ticarət Bankı) Yerevandakı filialının nümayəndəsinin iştirakı ilə üçtərəfli danışıqların keçirilməsini tələb ediblər.

 

Məlumata görə, Alaverdi misəritmə zavodu 2018-ci il oktyabrın 19-da fəaliyətini dayandırıb.

“Valleks” və VTB hadisəyə münasibət bildirməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir