Modern.az

Şirvan sakinində narkotik maddə aşkarlanıb

Şirvan sakinində narkotik maddə aşkarlanıb

Aktual

13 Fevral 2019, 18:57

Şirvan sakinindən külli miqdarda narkotik maddə aşkar edilərək götürülüb.

 

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin (ÇPÇ) Narkotiklə Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş 32 yaşlı Elvin Abduləzizov saxlanılıb. Onun üzərinə baxış zamanı ümumi çəkisi 3 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Əməliyyat tədbirinin davamı olaraq E.Abduləzizova məxsus mağazada baxış keçirilən zaman oradan 864,57 qram marixuana aşkar edilib.

 

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir