Modern.az

Türkiyə vətəndaşı Balakəndə qəza törətdi: Ölənlərin adı açıqlandı, YENİLƏNİB

Türkiyə vətəndaşı Balakəndə qəza törətdi: Ölənlərin adı açıqlandı, YENİLƏNİB

Aktual

13 Fevral 2019, 21:26

Balakən rayonunda yol qəzasında ölən və yaralanan şəxslərin adları məlum olub. Modern.az “Report”a istinadən xəbər verir ki, Türkiyə vətəndaşı, 1968-ci il təvəllüdlü Başar Saminin idarə etdiyi TIR ilə Balakən rayonunun Puştətala kənd sakini, 1986-cı il təvəllüdlü Samir Nurəddin oğlu Alqayevin idarə etdiyi “Toyota RAV4” markalı minik avtomobili toqquşub. Nəticədə S.Alqayev hadisə yerində ölüb. B.Saminə isə Balakən Rayon Mərkəzi Xəstəxanasında lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

 

***

 

Balakən rayonunda yol qəzası baş verib.

 

Hadisə Yevlax-Zaqatala- Gürcüstan sərhəd magistiral yolunun rayonun “Beş bulaq” adlanan ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Türkiyə dövlət qeydiyyat nişanlı TIR ilə “Toyota RAV4” markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü hadisə yerində ölüb. Yük maşınının sürücüsü olan Türkiyə vətəndaşı isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

“Report” bildirir ki, faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!