Modern.az

Azərbaycanda vəkillərin 80 faizi gənclərdir

Azərbaycanda vəkillərin 80 faizi gənclərdir

Aktual

13 Fevral 2019, 20:01

Azərbaycanda gənc hüquqşünasların vəkilliyə qəbul olunması prosesi sürətləndirilib. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib.

 

A.Bağırov bildirib ki, hazırda Azərbaycan Vəkillər Kollegiyasında çalışanların böyük əksəriyyəti gənclərdir:

 

"Azərbaycanda vəkillərin 80 faizi 40 yaşına qədər olan hüquqşünaslardır. Sovet dövründə vəkillər bir qayda olaraq təqaüdə çıxan hüquqşünaslar olurdu. Yaxud əvvəlki işindən müəyyən səbəbdən çıxanlar vəkilliyə gəlirdilər. Amma bu gün belə deyil. Müxtəlif qurumlarda müstəntiq, təhqiqatçı olanlar hətta vəkil olmaq qərarı verirlər. Bu onu göstərir ki vəkilliyə maraq artır, vəkillik institutu inkişaf edir, vəkilin nüfuzu artır".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi