Modern.az

Azərbaycandan Ukraynaya bu maşınlar ixrac ediləcək

Azərbaycandan Ukraynaya bu maşınlar ixrac ediləcək

13 Fevral 2019, 20:29

“Khazar” zavodu “Dena” markalı avtomobilləri Ukraynaya ixrac edəcək. Modern.az xəbər verir ki, bu barədə mediaya  “Iran Khodro” şirkətinin beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Səbinə Nubar açıqlama verib. Səbinə Nubar bildirib ki, bu ildən Neftçaladakı “Khazar” zavodunda istehsal edilən “Dena” markalı avtomobillər Ukraynaya ixrac olunacaq: “Bu avtomobillərə Belarusda da maraq var. İlin sonunadək Belarusda satış mərkəzinin açılması nəzərdə tutulur”.

 

S.Nubarın sözlərinə görə, “Khazar” zavodunun avtomobilləri keyfiyyətinə və rahatlığına görə Avropa ölkələrində istehsal edilən avtomobillərdən geri qalmır. Keyfiyyət amili bu avtomobillərə marağın artmasına səbəb olub.

 

Qeyd edək ki, “Azərmaş” ASC İranın “Iran Khodro” şirkəti ilə birgə “Khazar” zavodunda avtomobil istehsal edir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir