Modern.az

Azay Quliyev USAİD-lə əməkdaşlıq imkanlarını müzakirə etdi

Azay Quliyev USAİD-lə əməkdaşlıq imkanlarını müzakirə etdi

Aktual

13 Fevral 2019, 20:44

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ölkəmizdəki nümayəndəliyinin rəhbəri ilə görüşüb. Modern.az xəbər verir ki, görüşdə qurumun rəhbəri Cey Sinkhi və qurumun İdarəçilik və iqtisadi dayanıqlıq şöbəsinin direktoru xanım Aylin Şivan Loules iştirak edib.

 

Görüşdə USAID və Şura arasında əməkdaşlıq məsələləri, eləcə də QHT sektorunun inkişafına xidmət edən birgə layihələrin həyata keçirilməsi barədə müzakirələr aparılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır