Modern.az

“Sosial mediaya baxanda təəssüf hissi keçiririk” - Əhliman Əmiraslanov

“Sosial mediaya baxanda təəssüf hissi keçiririk” - Əhliman Əmiraslanov

13 Fevral 2019, 21:00

65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputat seçilmiş,  Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Saatlı rayonunda  seçicilərlə növbəti görüş keçirib.  Modern.az xəbər verir ki, görüşdə  akademik Əhliman Əmiraslanov  son illər ölkəmizdə, eləcə də Saatlı rayonunda aparılan geniş quruculuq işlərindən söhbət açaraq göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq bildirib.

 

O qeyd edib ki, ölkə başçısı Azərbaycanda demokratiyanın inkişafı üçün böyük işlər görür: “Bütün media sistemindən məhdudiyyətlər götürülüb. Amma bəzən sosial mediaya baxanda təəssüf hissi keçiririk. Mentalitetimizə, Azərbaycan xalqının adət - ənənələrinə və əxlaqına uyğun olmayan  fikirlərlə rastlaşırıq. Xarici ölkələrdən yayılan belə fikirlər heç cür bizim mentalitetimizə və əxlaqımıza uyğun deyil. Təsəvvür edin, həmin sosial şəbəkələrə bizim gənclərimiz, nəvələrimiz, balalarımız da daxil olur. Hər bir Azərbaycan ziyalısı belə məsələlərə həssas yanaşmalı və onunla mübarizə aparmalıdır. Xalqımız hər şeyi gözəl bilir, pafoslu çıxışlarla onu aldatmaq mümkün deyil. Dövlətimiz etibarlı əllərdədir”.

 

Görüşdə iştirak edən seçicilər xarici ölkələrə qaçaraq Azərbaycan dövlətçiliyinə qarşı işləyən qüvvələrə qarşı ciddi tədbirlərin görülməsini arzuladıqlarını bildirmişlər.  Sonra sakinlər hər zaman onları narahat edən məsələlərə çox həssas yanaşdığına görə millət vəkillərinə minnətdarlıq edərək müxtəlif səpkidə olan problemlərin həlli ilə əlaqədar deputatdan kömək istəyiblər. Görüş iştirakçıları bəzi kəndlərdə məktəblə bağlı problemləri, müxtəlif sosial məsələləri səsləndiriblər. Görüş zamanı millət vəkili seçicilərin müraciət və təkliflərini dinləmiş, onları maraqlandıran sualları cavablandırıb,  sakinlərin qaldırdıqları problemlərin həlli ilə bağlı görülməkdə olan işlər barədə məlumat verib”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?