Modern.az

Keniyada təyyarə qəzası oldu

Keniyada təyyarə qəzası oldu

13 Fevral 2019, 22:25

Keniyada təyyarə qəzası olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Lodvar şəhərindən havaya qalxan kiçik özəl təyyarənin Afrikanın cənub-şərqində - Keniya ərazisindəki vadiyə düşməsi nəticəsində 5 sərnişinin həlak olduğu bildirilir.

 

Məlumata görə, Keniyanın hava nəqliyyatında polis idarəsinin rəisi Rodgers Mbiti jurnalistlərə müsahibəsində təyyarənin göyərtəsində olan iki qadın və üç kişinin həlak olduğunu, dörd nəfərin əcnəbi turistlər olduqları ehtimal edilən bu sərnişinlərin milliyyətinin məlum olmadığını deyib. Onun sözlərinə görə, hazırda ölən şəxslərin kimliyi müəyyənləşdirilir.

 

Polis rəisi əlavə edib ki, qəzanın səbəblərinin araşdırılması ilə bağlı xüsusi ekspert qrupu yaradılıb. Təyyarənin Keniyada əcnəbilər üçün ov səyahəti təşkil edən “Safarilink Aviation” şirkətinə məxsus olduğu bildirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı