Modern.az

Bakıda yarımçıq tikilidə meyit tapıldı

Bakıda yarımçıq tikilidə meyit tapıldı

13 Fevral 2019, 22:38

Bakıda meyit tapılıb. Modern.az "Trend"ə istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib. Rayonun Ş.Mehdiyev küçəsi 97 ünvanında yerləşən yarımtikilidə kişi meyiti aşkarlanıb.

 

Polis və prokurorluq orqanları əməkdaşları hadisə yerinə və meyitə baxış keçirib.

 

Baxış zamanı meyitin üzərində xəsarət və zorakılıq izləri aşkar edilməyib.

 

Yasamal rayon Prokurorluğunda meyitin şəxsiyyətinin və ölümün səbəbinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalara başlanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?