Modern.az

Gürcüstan Rusiyadan qaz alır

Gürcüstan Rusiyadan qaz alır

Aktual

13 Fevral 2019, 23:03

Gürcüstanın Rusiyadan qaz alacağı istisna edilmir. Modern.az “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kobulia parlamentin İqtisadi siyasət komitəsinin iclasında bildirib.

 

Nazir deyib ki, qaz tədarükünün difersifikasiya və optimizasiyası vacib təşəbbüsdür: “Biz bir deyil, daha çox tədarükçünün olması üçün şərait yaratmaq istəyirik. Biz Rusiya ilə danışıqlar aparırıq və ola bilsin ki, müəyyən həcmdə onlardan qaz alacağıq. Biz şərtlərin yaxşılarşdırılması istiqamətində danışıqlar aparırıq. Danışıqlar prosesi çətin gedir və zaman tələb edir”.

 

G.Kobulia vurğulayıb ki, “Qazprom” şirkəti ilə həm tranzit, həm də tədarüklə bağlı danışıqlar aparılır: “Bu, bizim şirkətlərə və əhaliyə qazı daha da aşağı qiymətə əldə etməyə imkan verəcək. Bununla bağlı potensial var və biz bunu, ola bilsin ki, hətta bu il əldə edəcəyik”.

 

Qeyd edək ki, Gürcüstan təbii qaz ehtiyatını idxal hesabına təmin edir. 2019-cu ildə ölkənin 2 mlrd. 559,6 mln. kub metr həcmində qaz istehlak edəcəyi proqnozlaşdırılır. Gürcüstan bu həcmin böyük hissəsini Azərbaycandan alır. Artıq ikinci ildir Gürcüstanın təbii qaz balansında Rusiyadan qaz tədarükü nəzərdə tutulmur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir