Modern.az

Çempionlar Liqasında 1/8 final: “Real” və “Tottenhem” qalib gəldi  

Çempionlar Liqasında 1/8 final: “Real” və “Tottenhem” qalib gəldi   

14 Fevral 2019, 08:07

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin görüşləri davam edir.

Modern.az xəbər verir ki, ikinci oyun günündə daha 2 qarşılaşma keçirilib.

Turnirin son qalibi "Real" 1/8 finala səfər matçı ilə start verib. "Kral klubu" Amsterdamda "Ayaks"ın qonağı olub. Görüş "Real"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Gecənin ikinci oyununda isə "Tottenhem" doğma azarkeşləri önündə Dortmund "Borussiya"sını qəbul edib. London təmsilçisi qonaqların qapsından 3 cavabsız top kçirib.

Qeyd edək ki, ÇL-da 1/8 final mərhələsinə dünən start verilib.


Çempionlar Liqası, 1/8 final mərhələsinin ilk oyunları


13 fevral


"Ayaks" (Hollandiya) - "Real" (İspaniya) - 1:2
"Tottenhem" (İngiltərə) - "Borussiya" (Dortmund, Almaniya) - 3:0


12 fevral


"Mançester Yunayted" (İngiltərə) - PSJ (Fransa) - 0:2

"Roma" (İtaliya) - "Porto" (Portuqaliya) - 2:1

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır