Modern.az

Deputat İlyas İsmayılovla Fotosöhbət

Deputat İlyas İsmayılovla Fotosöhbət

22 Mart 2013, 19:02

İlyas Abbas olğu İsmayılov 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1963-cü ildə Leninqrad Dövlət Universitetinin cinayət-hüquq kafedrası üzrə aspiranturaya daxil olub, 1966-cı ildə orada hüquq elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib.
1966-cı ildən 1970-ci ilədək Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun kiçik və baş elmi əməkdaşı işləyib, sonra 2 il respublika prokurorunun köməkçisi olub.
1972-ci ildən 1978-ci ilədək Azərbaycan KP MK-nın inzibati orqanlar şöbəsinin təlimatçısı olub. 1978-ci ildən 1985-ci ilədək respublika prokurorunun müavini, həmin vaxtdan 1990-cı ilin sentyabrına kimi Azərbaycan Respublikası prokuroru olub.
1990-cı ilin sentyabrından 1992-ci ilin yanvarınadək SSRİ prokurorluğunda şöbə rəisi vəzifəsində çalışıb.
1992-1994-cü illərdə Azərbaycan Respublikası ədliyyə naziri olub. 1990-cı ildə Leninqrad Universitetində "Cinayətkarlıq və cinayət siysəti"  mövzusunda doktorluq dissertassiyası müdafiə edərək hüquq elmləri doktoru alimlik dərəcəsi alıb.
İ.İsmayılov SSRİ Prokurorluğunun fəxri işçisi fərqlənmə nişanının sahubidir.
1995-ci ildə tərəfdarları ilə birlikdə "Ədalət" Partiyasını yaradıb.

1996-ci ildə rəhbərlik etdiyi Ədalət Partiyası Azərbaycan Demokrat Partiyası ilə birləşib, İ.İsmayılov həmin partiyanın sədri seçilib. 2000-ci ildən Ədalət Partiyası yenidən müstəqil fəaliyyət göstərir və İ.İsmayılov hazırda onun sədridir.
2010-cu ildə 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən deputat seçilib.
Ailəlidir, iki oğlu var.

Onu da qeyd edək ki, İlyas İsmayılovla bu layihədə görüşmək o qədər də asan olmdı. İlyas İsmayılov əvvəldən bizə demişdi ki, şəkil çəkdirməyə heç vaxt meylli olmayıb. Düzü, böyük bir həyat yolu keçən bu insanın az şəklinin olacağına şübhə edirdik. Ancaq həmsöhbətimiz bütün şəkillərini bizə təqdim edəndə bir daha məlum oldu ki, gerçəkdən İlyas İsmayılov çox az şəkil çəkdirib. Özünün dediyi kimi uşaqlıq zamanı buna imkanları olmayıb, qalan vaxtlar isə həvəsi. 

 

İlk şəklimdir. Komsomola keçəndə çəkiblər bunu... Geri boylananda nə qədər ağır günlər keçirdiyini hiss edirsən...

 

Tələbəlik dövrü... Sabirabadın Cavad kəndində pambıq yığımı... Şəkil məndən xəbərsiz yemək yediyim zaman çəkilib.

 

Atam İsmayılov Abbas Qara oğlu, milis işçisi olub. Mən 6 aylıq uşaq olanda atam 33 yaşında vəzifəsinin icrası zamanı həlak olub.

Soldakı anam Məleykə, o birisi isə xalam Məsimədir...

 

Sabirabaddan, pambıq yığımından qayıdırırq. Tələbə olub pambıq yığmamaq heç mümkün deyildi... Tələbə yoldaşım Sabir Dəşdəmirov... O, hazırda fəlsəfə elmləri doktoru, professordur...

 

Tələbə yoldaşlarım. Solda Sabir Daşdəmirov və Çərkəz Musayev, sağdakılar rəhmətə gediblər: Yılmaz Axundzadə və Mürsəl İmanov ...

Bu da tələbəlik illərinin yadigarıdır... Rəhmətlik Zakir Zeynalov və Balağa Niftullayev...

 

Həyat yoldaşım Zəkiyyə xanımın gənclik illərinin şəklidir bu...

 

Bu şəkil Zəkiyyə xanımın Leninqradda tələbəlik vaxtlarının yadigarıdır...

 

Mərkəzi Komitədə işlədiyim vaxtlar... O zaman MK-nın təlimatçıları Rəsul Rəsulov və Nazim Manafov. 

Respublika prokurorunun müavini işləyirəm. Xankəndində iclas keçirirəm.

Aspirant olduğum vaxtlar... Leninqrad (indiki Sankt-Peterburq) bənzərsiz şəhərdir. Mənim həyatımda bu şəhər böyük rol oynayıb... Ortada hüquq elmləri doktoru, professor İsa Məmmədov, sağda Naxçıvanın keçmiş prokuroru Həbib Rzayevdir. 

 

Bu da tələbəlik şəkillərimdəndir... May bayramına çıxmışıq... Tofiq Qafarov, Zakir Zeynalov və mən...

Mərkəzi Komitədə işləyəndə ilk dəfə Azərbaycandan Türkiyəyə səfər edən turist qrupunun rəhbəri  mən idim. Famil Quliyev və Məhəmmədiyyə Əliyevlə...

 

Hər zaman işimdə ciddi olmağa çalışmışam və qanundankənar bir iş görmək ağlıma belə gəlməyib...

 

1981-ci il. Batumidə məzuniyyətdəyəm... Solda xətrini çox istədiyim xalam oğlu Bədirəddin, ortada ixtisasca riyaziyyatçı Əhməd müəllim...


Azərbaycanın SSR-in prokuroruyam...

1994-cü il 22 noyabrda BMT-nin İtaliyanın Neapol şəhərində təşkil etdiyi beynəlxalq konfransda ədliyyə naziri kimi çıxış edirəm.

Almaniyanın prokuroru Azərbaycana gəlmişdi. Onu SSRİ Baş prokuronun müavini Viktor Naydanovla  Lənkərana apardıq. O zaman Lənkəranın birinci katibi Dilruba Camalova idi. Sağda isə Məhəmməd Əsədov...

Balıq tutmağı çox sevirəm. Hətta deyə bilərəm ki, bu, mənim hobbimdir.

 

ABŞ-ın Azərbaycandakı səfiri Robert Finin mənə yaxşı münasibəti var idi. Vəfa Quluzadəni isə tanımayan yoxdur... 

 

Süleyman Dəmirəl Bakıya gəlmişdi.

Oğlanlarımın bu şəklini bütün ömrüm boyu cibimdə gəzdirmişəm...

 

Sovetlər dövrüdür...Baş prokurorlar Tiflisə toplaşıb...

Qayıdıb geri baxanda fəaliyyətimlə qürur duyuram...

 

Respublika prokuroruyam... Gurultulu illər... "Azərbaycan gəncləri" qəzetini redaksiyasında birbaşa telefon bağlantısı ilə vətəndaşların suallarına cavab verirəm. Şərəflə işləmək həyatımın mənası olub...

Süleyman Dəmirəl prezidentliyə namizəd kimi məni qəbul edib... O biri isə Türkiyənin Azərbaycandakı keçmiş səfiri Altan Karamanoğludur.

1998-ci il 12 sentyabr mitinqi. Əvvəldən danışdığımız kimi olmadı. Partiya rəhbərlərindən təkcə mən çıxdım o mitinqə...

Həyat yoldaşım Zəkiyyə xanım Tibb Universitetində farmakologiya kafedrasının müdiri işləyərkən...

Keçmiş baş nazir Tansu Çillərlə...

Dövlət Baxçalı ilə 10 dəqiqə danışmalı idik. Ancaq söhbət elə alındı ki, biz yarım saat bir yerdə olduq. O,  məni qapıya qədər ötürdü...

 

SSRİ Elmlər Akademiyasının müxbir üzvü Əhməd İsgəndərov Moskvada yaşayır.

Oğlum Mətin və hüquqşünas Aslan İsmayılovla Nyu-Yorkda...

Cəmil bəy Türkiyədə Azərbaycan Kültür Dərnəıyinin rəhbəridir...

Elxan Şükürlü partiyamızın iclasını aparır...

Böyük oğlum Etimad şahmatı sevir... Görünür bəzən həyatda atacağın addımı şahmatdan öyrənməlisən...

Kiçik oğlum Mətinin toy mərasimi...

O öz ailəsilə birgə... İndi Amerikada yaşayırlar.

 

ABŞ-ın Nyu-Yorkdan olan senatoru Akkyerman 2003-cü ildə məni ölkəsinə dəvət etmişdi...

 

Rəhmətlik Fətulla Hüseynov sinif yoldaşım idi...

 

Təbrizdə-Şəhriyarın ev muzeyində...

 

Ortada akademik Cahangir Kərimov və sağda SSRİ baş prokuroru olmuş Suxarev... Moskvada "Hüquqi dövlət" kitabımın təqdimatında...

 

Balıqçı yoldaşlarım. Məhşur adamlardır...Tofiq Qafarov və Çingiz Müseyibov...

 

Şənlik tədbirlərinin birində lentə alınıb bu kadr... Sağda Mili Elmlər Akademiyasının müxbir üzvü Cəfər Mövsümov və hüquqşünas İdris Əskərov...

Nəvələr... Amma mən hələ "Dövlətdə dəvə, övladda nəvə" məsəlini hiss etməmişəm.

 

Moskva... Sağda keçmiş daxili işlər naziri Abdulla Allahverdiyev, Tahir Salahov və Midhət Abbasov...

Fazil Mustafa dəyər verdiyim insandır...

 

Moskvada ""Hüquqi dövlət" kitabımın təqdimatından sonra... Avtoqraf verirəm... 

 

Milli Məclisdə...

 

Xoşladığım şəkillərimdəndir...

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?