Modern.az

Prezident vətəndaşın yanında - FOTOSESSİYA  

Prezident vətəndaşın yanında - FOTOSESSİYA   

14 Fevral 2019, 08:52

“Azərbaycan vətəndaşı bilir ki, ən ağır vəziyyətdə dövlət onun yanında olacaq”.

Modern.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev iki gün öncə Real TV-yə müsahibəsi zamanı demişdi.

“Azərbaycanda vətənpərvərlik hissləri, dövlətçiliyə bağlılıq çox yüksək səviyyədədir. Ona görə vətəndaş dövlət qarşısında öz vəzifə borcunu yerinə yetirir və yetirməlidir. Eyni zamanda, dövlət də həmişə vətəndaşın yanında olmalıdır. Yəni, bizim prinsiplərimiz bundan ibarətdir və dövlət ən ağır vəziyyətdə olan vətəndaşın yanında olmalıdır...”, - İlham Əliyev bildirib.

Ölkə başçısı bir neçə gün öncə zəlzələnin baş verdiyi Şamaxıya və dünən Beyləqan rayonuna səfəri zamanı öz davranışları ilə dövlət-vətəndaş münasibətlərin sağlam zəmində qurulduğunu bir daha nümayiş etdirdi.

Eyni zamanda insanların istəyi də Prezidentə daha da yaxın olmaq, onun yanında olduğunu göstərmək idi. Prezidentin davranışları sadə vətəndaşlarda sabaha ümid, islahatlara əminlik, sabitliyə təminat yaradırdı. Qarşlılıqlı davranışlar Prezidentin  "Azərbaycan vətəndaşı bilir ki, ən ağır vəziyyətdə Azərbaycan dövləti onun yanında olacaq. Dövlət isə tam əmindir ki, vətəndaş hər zaman dövlətin arxasında olacaq" mesajının əyani təcəssümü idi.

Aşağıdakı şəkillər də bunu ifadə edir:














































Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı