Modern.az

Bakı metrosunda problem yarandı – hər stansiyada 3-5 dəqiqə gözləyiblər

Bakı metrosunda problem yarandı – hər stansiyada 3-5 dəqiqə gözləyiblər

14 Fevral 2019, 09:15

Bu gün səhər saat 08:00 radələrində metroda qatarların hərəkətində problem yaşanıb.

 

Modern.az-ın metroda olan əməkdaşının verdiyi məlumata görə, qatarlar hər stansiyada 3-5 dəqiqə gözləməklə hərəkət ediblər.

 

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Modern.az-a bildirib ki, buna səbəb qatarda baş verən texniki nasazlıqdır:

 

“İçərişəhər” stansiyasından start götürən qatarda qəfil problem yaranıb. Nəticədə qatar platformadan 10 dəqiqə gec çıxıb. Həmin qatar depoya göndərilib. Bu da digər qatarların hərəkətində gecikməyə səbəb olub".

 

B.Məmmədov qeyd edib ki, hazırda metroda qatarların hərəkətindəki 2 dəqiqəlik interval tam bərpa olunub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir