Modern.az

Minik avtomobili “BakuBus” avtobusuna çırpıldı – 1 nəfər ağır yaralandı

Minik avtomobili “BakuBus” avtobusuna çırpıldı – 1 nəfər ağır yaralandı

14 Fevral 2019, 12:56

Bu gün 2 nömrəli müntəzəm marşrut xətti üzrə istismarda olan 99-JX-198 DQN-lı avtobusun iştirakı ilə qəza baş verib.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev Modern.az-a məlumat evrib.

O qeyd edib ki, “Toyota” markalı minik avtomobili Yusif Səfərov küçəsində idarəetməni itirərək avtobusa dəyib:

“Hadisə nəticəsində avtobusdakı sərnişinlər arasında xəsarət alan olmayıb. Minik maşınının sürücüsü ağır xəsarət alıb və dərhal xəstəxanaya çatdırılıb. İlkin məlumata görə qəza minik avtomobilinin sürücüsünün günahı səbəbindən baş verib”.

M.Ağayevin sözlərinə görə, hadisənin dəqiq baş vermə səbəbləri müvafiq araşdırmadan sonra məlum olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır