Bakı şəhərinin Səbail rayonunda dənizə düşmüş 1968-ci təvəllüdlü Zeynalova Qəşəng Nürəddin qızının axtarışları başa çatıb.
Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, Q.Zeynalovanın meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat başa çatıb.