Modern.az

800-ə yaxın şəxs özünüməşğulluqdan uzaqlaşdırılıb – Nazir 

800-ə yaxın şəxs özünüməşğulluqdan uzaqlaşdırılıb – Nazir 

14 Fevral 2019, 14:49

“Özünüməşğulluq proqramı çərçivəsində əhaliyə 30 min baş iribuynuzlu və xırdabuynuzlu heyvan paylanıb. Gələn şikayətlər isə cəmi 1 faiz təşkil edir. Həmin 1 faizə görə qalan 99 faizin hamısı üçün narazılıq var demək olmaz”.

 

Modern.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev jurnalsitlərə açıqlamasında bildirib.

 

Nazir narazılıqlarla bağlı müraciətlərə də aydınlıq gətirib:

“Bəziləri 2 ay sonra heyvanın xəstə olması ilə bağlı müraciət edir. Həmin müddətdə heyvana necə baxılıb, necə saxlanılıb, necə qulluq edilib məlum deyil. Maraqlıdır ki, həmin insan niyə iki ay sonra müraciət edir? Paylanan heyvanların hamısı eyni ölçüdə, eyni çəkidə ola bilməz. Müəyyən fərqlərin olması normaldır”.

 

Qiymətlərə gəlincə, nazir səsləndirilən rəqəmlərin həqiqətəuyğun olmadığını vurğulayıb:

 

Bəzi məlumatlar yayılır ki, guya 5000 manat civarında heyvanlar alınır. Bu səhv məlumatdır. Bütün vergilər və digər ödənişlər daxil olmaqla bir heyvanın qiyməti 1800 manatdan çox deyil, 1400 manat civarındadır. Heç bir podratçı şirkətə əlavə vəsait ödənilməyib. Hər hansı satınalmamızda qiymət artımına yol verilməyib. Bizim ana prisnipimiz sosial ədalət və şəffaflıqdır. Bu il ötən ilə nisbətən heyvanlar üzrə 14-15 faiz, mal-material üzrə ödənişlər 18 faiz ucuz olub”.

 

S.Babayev qeyd edib ki, bəzi şəxslər manipulyasiya ilə məşğul olmaq istəyənlər var:

 

“Hansısa vətəndaş proqrama yazılıb. Araşdırma zamanı görünür ki, vətəndaş aztəminatlı deyil. Bu cür 800-ə yaxın şəxs proqramdan uzaqlaşdırılıb. Və onlar da proqramdan uzaqlaşdırıldıqları üçün KİV-də müxtəlif şayiələr yayır. Yaxud bəzisi ona verilən malı başqa malla dəyişdirərək gətirib qaytarmaq istəyir.

 

Həmçinin heyvana baxa bilməyib onun ölümü ilə bağlı müraciət edənlər də var. Biz bütün müraciətlərin hamısını araşdırqdıq. Aşağı keyfiyyətli heyvanlar dəyişdirildi. Bütün dəyişdirilən heyvanların sayı əvvəl 119 idisə, sonradan 40-ı da əlavə olundu”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı