Modern.az

Orta aylıq pensiya artacaq

Orta aylıq pensiya artacaq

14 Fevral 2019, 15:30

"Yanvarın 1-ə olan məlumata görə, Azərbaycanda orta aylıq əmək pensiyası 222 manat, yaşa görə pensiya 240 manat idi. 3 faizli indeksasiya tətbiq edildikdən sonra orta aylıq pensiya 229 manata, yaşa görə orta aylıq pensiya 250 manatadək artacaq”.

 

Modern.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev  deyib.

 

S.Babayev qeyd edib ki, Dövlət Statistika Komitəsinin 3 faizli artım göstəricisi ilkin nəticədir:

 

“Əmək pensiyasının minimum məbləğinin 160 manata qaldırılmasından sonra bu rəqəm dəyişə bilər. Lakin Dövlət Statistika Komitəsi iyun ayında yekun rəqəmi verəcək. O zaman bu, dəyişə bilər. Ancaq gözləntimiz odur ki, orta aylıq əmək pensiyası 5 faizə qədər artacaq".

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər