Modern.az

Əfv Komissiyası bu gün növbəti iclasa toplaşır

Əfv Komissiyası bu gün növbəti iclasa toplaşır

14 Fevral 2019, 15:41

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.

Modern.az-ın Trend-ə istinadən məlumatına görə, iclasda əfvlə bağlı müraciətlərə baxılması nəzərdə tutulub.

Komissiyaya 1000-dən artıq müraciətin daxil olduğu bildirilir. Komissiyanın ötən iki iclasında 200-ə qədər müraciətə baxılıb.

Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının ötən il yanvarın sonlarından mayın ortalarına qədər davam edən iclaslarında 1200-dən artıq müraciətə baxılmışdı. İclasların ardınca, 2018-ci il mayın 24-də Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzaladı. Əfv sərəncamı ümumilikdə 634 nəfərə şamil olundu.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?