Modern.az

“Pensiyalarının artımla verilməsinə başlanılıb” - Sahil Babayev

“Pensiyalarının artımla verilməsinə başlanılıb” - Sahil Babayev

14 Fevral 2019, 15:57

“Əmək pensiyalarının ötən il üzrə orta aylıq nominal əmək haqqına uyğun indeksasiya ilə bağlı ciddi iş aparılır. Prosedur kifayət qədər vaxt tutumludur”.

 

Modern.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev bildirib.

 

Nazirin özlərinə görə, 1 mln 300 min insanın hər birinin şəxsi vərəqəsində bu rəqəmlər işlənməlidir:

“Onların böyük qismində bu rəqəmlər elektron şəkildə izlənilir. Amma bəzi spesifik sahələrdə, hansı ki, bunlara hərbi qulluçular və digrləri aiddir, məxfiliyi nəzərə alaraq, kağız üzərində iş gedir. Bu proses artıq yekunlaşıb. Qrafikdə ilk mərhələdə Naxçıvan və Bakıdır.  İki gün öncədən başlayaraq Naxçıvanda pensiyalar artımla verilib və Bakı üzrə ödənişlərə başlanılıb. Ondan sonra digər rayonlara da keçiriləcək”.

 

Qeyd edək ki, Prezident İlham Əliyevin 7 fevral sərəncamı ilə əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi həyata keçirilir. Sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşılıb ki, 2018-ci il üzrə orta aylıq nominal əmək haqqının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq 2019-cu ilin yanvar ayının 1-ə bütün növ əmək pensiyalarının sığorta hissəsi artırılsın.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı