Modern.az

Ərdoğan: “Türkiyə İranla ticarət üçün ikitərəfli mexanizm qurmağa hazırdır”

Ərdoğan: “Türkiyə İranla ticarət üçün ikitərəfli mexanizm qurmağa hazırdır”

14 Fevral 2019, 19:14

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranla ikitərəfli ticarət əlaqələrini genişləndirmək üçün müvafiq mexanizm qurmağa hazır olduqlarını bildirib.

 

Modern.az “Report”a stinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Soçidə Suriya məsələsinə dair Trükiyə, İran və Rusiya prezidentləri arasında keçirilən üçtərəfli görüş öncəsi iranlı həmkarı Həsən Ruhani ilə görüşü zamanı bildirib.

“Türkiyə İranla ticarət əməkdaşlığı üçün Avropanın xüsusi təyinatlı mexanizmini alqışlayaraq bu çərçivədə əməkdaşlığa, habelə buna bənzər ikitərəfli mexanizm qurmağa hazırdır”, - deyə R.T.Ərdoğan vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir