Modern.az

Ərzurumda Azərbaycanın dövlət müstəqilliyilə bağlı möhtəşəm tədbir olub

Ərzurumda Azərbaycanın dövlət müstəqilliyilə bağlı möhtəşəm tədbir olub

5 Dekabr 2011, 12:12

Ərzurum Atatürk Universitetində Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin, Avrasiya Vətəndaş Cəmiyyəti Əməkdaşlıq Təşkilatının, Ərzurum Əziziyyə Bələdiyyəsinin təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü ilə bağlı “Müstəqilliyinin 20-ci ilində Azərbaycan-Türkiyə münasibəətləri” adlı beynəlxalq konfrans keçirilib. “Bir ürəkdə iki can: Türkiyə - Azərbaycan” şüarı ilə toplanan  konfransda Azərbaycan və Türkiyənin millət vəkilli, taninmiş siyasətçilər, elm adamları, siyasi analitiklər, tələbələr, media mənsubları  və digər təbəqələrin insanları iştirak edib.

Təbdirdə hər iki ölkənin azadlığı və müstəqilliyi uğrunda həlak olmuş şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilib və Türkiyə-Azərbaycanın dövlət himnləri səsləndirilib.

Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin başqanı, “Ekoavrasiya” dərgəsinin baş redaktoru Hikmet Eren açaraq, Azərbaycanın iyirmi ildə əldə etdiyi uğurlardan danışıb. Natiq xüsusilə, son iyirmi ildə Türkiyə-Azərbaycan arasında imzalanan önəmli sazişləri qeyd edərək, bu gün iki dövlət arasında siyasi-iqtisadi və strateji əlaqələrin yüksələn xətlə inkişafını vurğulanıb.

Avrasiya Vətəndaş Cəmiyyəti Əməkdaşlıq Təşkilatının sədr müavini Kutluhan Yazıcıoğlu belə tədbiri keçirməkdən məmnun olduqlarını bildirirək, bu gün Azərbaycanın bölgədə söz sahibə çevrilən bir dövlət halına gəldiyini bildirib.

Əziziyyə Bələdiyyə başqanı Fateh Cengez əsrin əvvəllərində Ərzurumun  müdafiəsində Azərbaycan türklərinin böyük rolunu vurğulayaraq, Azərbaycanın iyirmi faiz torpaqlarının erməni işğal altında olduğunu və bu torpaqların gec-tez erməni işğalından azad olunacağını söyləyib.

AKP-nin Adana Milletvekili dr. Necdet Ünüvar Türkiyənin istiqlal savaşında Azərbaycanın maddi və mənəvi yardımda etdiyini xatırladıb. Necdet Ünüvar Van zəlzələsində Türkiyənin yardımına  qaçan ilk ölkənin dost və qardaş Azərbaycan olduğunu diqqətə çəkərək, 3 təyyarə dolu heyəti ilə yardım edən Azərbaycana təşəkkürlərimi bildirirəm” deyə bildirib.

Ərzurum Texnik Universitetinin rektoru Prof.Dr. Muammer Yaylalı iki ölkə arasında qardaşlığa diqqət çəkib. Yaylalı Ərzurumda Azərbaycanın müstəqilliyinin 20 illiyinin qeyd olunmamasının qürurunu yaşadıqlarını ifadə edərək, ”elə bir qardaşlığımız,elə bir bağımız var ki, dünya döndükcə davam edəcək. Azərbaycan gözümüz,bəbəyimizdir” deyib.

Qara Dəniz Ölkələri Parlament Assambleyasının sədri, millət vəkili İsmayil Safi Azərbaycanın beynəlxalq arenada söz sahibinə çevrildiyini diqqətə çatdırıraq, Türkiyə-Azərbaycanın beynəlxalq arenada bir-birlərinə dəstək verdiklərini söyləyib.

AKP millət vəkili Feramez Üstün Azərbaycanın müstəqilliyinin 20-ci il dönümü qeyd edilməsindən çox xoşbəxt olduğunu söylərək, hələ 1990-ci il 20 yanvar hadisələri zaman Univesitetdə tələbə olarkən rus əsgərlərinin törətdiyü faciə qarşı etiraz aksiyaları keçirdiklərini bildirib.

Azərbaycanın Qarsdakı Baş konsulu Ayxan Süleymanov çıxşında iki iki qardaş ölk arasında münasibətlərin qurulmasında Heydər Əliyevin böyük rolunu qeyd edərək, bundan sonra da bu əlaqələrin daha da inkişaf edəcəyini söyləyib.

Ərzurum millət vəkili Muhyettin Axsaq isə Ərzurumun Türkiyə-Azərbaycan münasibətlərindəki yeri və rolu barədə fikirlərini bölüşüb.

Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayevanın “Azərbaycan Dağlıq Qarabağın Ermənistanın işğalı altında qalmasını heç bir zaman qəbul etməyəcək və biz birlikdə torpaqlarımızı işğaldan azad edəcəyik. İnşallah, Azərbaycanın dövlət müstəqilliyinin 21-ci ildönümünü biz birlikdə işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda keçirərik”, - sözləri salonda alqışlarla qarşılanıb.

Azərbaycan Milli Məclisinin Türkiyə-Azərbaycan Dostluq Qrupunu rəhbəri, professor Nizami Cəfərov da Türkiyə və Azərbaycan arasında sosial-iqtisadi, mədəni və siyasi əlaqələrinin güclənrək davam etdiyini söyləyib.

Türkiyə-Qazaxıstan Parlament Dostluq Qrupunun rəhbəri, millət vəkili Haluk İpək isə Qarabağ işğalı aradan qalxmayınca, Türkiyə-Ermənistan sərhədlərinin açılmayacağını qeyd edərək, Azərbaycanın dost və qardaş ölkə olduğunu bildirib.

Sonda hər iki ölkənin mədəni-ictimai əlaqələrinin inkişafında xidmətlərinə görə, Türkiyə millət vəkilləri, ziyalıları Dünya Gənc Türk Yazarlar Birliyinin təsis etdiyi “Bəxtiyar Vahabzadə” Ödülünə; Azərbaycanlı millət vəkilləri Qənirə Paşayev və Nizami Cəfərov  isə Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin Türk dünyasına Xidmət ödülünə layiq görülüblər.

Sonra konfrans öz işini bölmələr üzrə davam etdirib. Bölmələrdə Azərbaycan və Türkiyədən olan elm adamları, QHT rəhbərləri məruzələrlə çıxış ediblər.





Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir