Modern.az

Azərbaycandan Türkiyəyə 858,5 min turist səfər edib

Azərbaycandan Türkiyəyə 858,5 min turist səfər edib

Aktual

14 Fevral 2019, 21:11

2018-ci ildə Türkiyəyə 858,5 min Azərbaycan turisti səfər edib ki, bu da 2017-ci illə müqayisədə 12,15 faiz çoxdur. Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb.

Məlumata görə, ötən il ərzində Türkiyəyə səfər edən turistlərin 2,17 faizini azərbaycanlılar təşkil edib.

Nazirlikdən bildiriblər ki, 2018-ci ilin dekabrında Türkiyəyə 55,6 min Azərbaycan turisti səfər edib (6,38 faiz artım).

Dekabrda Türkiyəyə səfər etmiş turistlər arasında azərbaycanlıların payı 2,85 faizə bərabər olub.

Ümumilikdə, 2018-ci ildə Türkiyəyə 46,1 milyon turist səfər edib ki, bu da 2017-ci illə müqayisədə 21,45 faiz çoxdur. Ölkənin turizmdən gəliri 29,512 milyard dollara bərabər olub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi