Modern.az

Belçika hərbi əks-kəşfiyyatının rəhbəri Rusiyaya casusluqda ittiham olunur

Belçika hərbi əks-kəşfiyyatının rəhbəri Rusiyaya casusluqda ittiham olunur

Dünya

14 Fevral 2019, 21:57

Belçika hərbi əks-kəşfiyyatının rəhbəri Klement van de Vord müvəqqəti olaraq vəzifəsindən azad edilib. Modern.az “Trend”ə istinadən xəbər verir ki, mayor Rusiyanın xeyrinə məxfiliyin pozulmasında şübhəli bilinir.

 

Van de Vordun ADIV-dəki (Baş İnformasiya və Təhlükəsizlik Xidməti) ofisinin hələ yanvarın sonunda möhürləndiyini, özünün isə ev dustağı edildiyi bildirilir.

 

Əks-kəşfiyyatın rəhbərinin Rusiya ilə mümkün əlaqəsi barədə təfərrüatlar açıqlanmır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?