Modern.az

Metallurgiya sənayesində 22,1 faiz artım olub

Metallurgiya sənayesində 22,1 faiz artım olub

14 Fevral 2019, 22:13

Keçən il Bakı şəhəri üzrə metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 422,8 milyon manatlıq məhsul istehsal olunub. Modern.az Bakı Şəhər Statistika İdarəsinin yaydığı hesabata istinadən xəbər verir ki, əvvəlki illə müqayisədə metallurgiya sənayesində 22,1 faiz artım, hazır metal məmulatlarının istehsalı sahəsində 35,1 faiz azalma müşahidə edilib.

 

Əvvəlki ilə nisbətən sahə üzrə alüminium çubuqlar, millər və profillər 10,1 faiz, armaturun istehsalı 24,4 faiz artıb, misdən elektrik izolyasiyası olmayan çoxdamarlı məftil, tros və kabellərin istehsalı 36 faiz, qara metallardan digər konstruksiyaların istehsalı isə 70,6 faiz azalıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?