Modern.az

Nəsir Ağayev haqqında kitab nəşr olunub

Nəsir Ağayev haqqında kitab nəşr olunub

5 Dekabr 2011, 13:03

 Çağdaş Milli Azadlıq Hərəkatının liderlərindən biri, Bakı və Kəndlər Birliyinin qurucusu və ilk sədri Nəsir Ağayev haqqında “Nəsillərə örnək həyat yolu” adlı kitab işıq üzü görüb.

“Qanun” nəşriyyatında nəşr olunmuş kitabın müəllifləri araşdırmaçı jurnalist Elman Cəfərli və gənc yazar Təbriz Ağayevdir. Oxucular kitabda Nəsir bəyin həyat yolu, Azərbaycanın azadlğı və bütövlüyü uğrunda apardığı mübarizə ilə bağlı maraqlı məlumatlarla, eyni zamanda onun tarix və milli dövlətçilklə dair fikirləri ilə tanış olacaqlar.

Kitanda Nəsir Ağayevin həyat və fəaliyyətini əks etdiən tarixi fotolar və ayrı-ayrı vaxtlarda mətbuatda dərc olunmuş maraqlı müsahibələri də toplanıb.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub