Modern.az

UEFA ölkələrin yeni reytinqini açıqladı - Azərbaycan yerində qaldı

UEFA ölkələrin yeni reytinqini açıqladı - Azərbaycan yerində qaldı

15 Fevral 2019, 12:21

Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

Modern.az qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, keçirilən 20 görüş ölkəmizin  mövqeyinə təsir etməyib. Azərbaycan 19.000 xalla 26-cıdır. 

Yalnız üç ölkənin mövqeyində dəyişiklik olub. Klubları uğurla çıxış edən Çexiya 2 addım irəliləyərək 14-cü pilləyə yüksəlib. Danimarka və İsveçrə isə bir addım geriləyərək müvafiq olaraq 15, 16-cı  yerlərdə qərarlaşıb. 

Qeyd edək ki, siyahıda İspaniya başçılıq edir. İngiltərə 2-ci, İtaliya 3-cüdür.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi