Modern.az

Deputat: “İcbari tibbi sığortanın tətbiqindən sonra bu problemlər olmayacaq”

Deputat: “İcbari tibbi sığortanın tətbiqindən sonra bu problemlər olmayacaq”

Aktual

15 Fevral 2019, 12:42

65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputat seçilmiş, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bu gün Sabirabad rayonunda  seçicilərlə növbəti görüş keçirib.

 

Modern.az xəbər verir ki, görüşdə  akademik Əhliman Əmiraslanov çıxış edərək son illər ölkəmizdə, eləcə də Sabirabad rayonunda  həyata keçirilən sosial infrastruktur layihələrindən söz açaraq rayon ərazisində böyük abadlıq işlərinin görüldüyünü, Prezident İlham Əliyevin ölkə vətəndaşlarına daim xüsusi diqqət və qayğısı nəticəsində bir çox sosial yonümlü problemlərin tam şəkildə aradan qaldırıldığını qeyd edib. 

Görüşdə iştirak edən sakinlər göstərilən diqqətə görə  təşəkkür etdiklərini və hər zaman dövlət başçısı İlham Əliyevin apardığı daxili və xarici siyasəti dəstəklədiklərini bildiriblər. Sonra seçicilər müxtəlif səpkidə olan problemlərin həlli ilə əlaqədar deputatdan kömək istəyiblər. Görüş iştirakçıları bəzi kəndlərdə məktəb, tibb məntəqələri və müxtəlif  xəstəliklərin müalicəsi ilə bağlı problemləri səsləndiriblər. Əhliman Əmiraslanov seçicilərin tibbi yardımla bağlı səsləndirdiyi fikirlərə cavab olaraq bildirmişdir ki:

“Gələn ildən bütün ölkədə icbari tibbi sığorta tətbiq ediləcək. İcbari tibbi sığortanı həyata keçirməklə əhaliyə tibbi yardımın səviyyəsini kifayət qədər yüksəldə biləcəyik. Bu çox sosial yönümlü proqramdır və həyata keçirilməsi ölkəmizdə əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətini çox yüksəldəcək”.

Görüş zamanı millət vəkili seçiciləri maraqlandıran sualları cavablandırmış,  sakinlərin qaldırdıqları problemlərin həll edilməsinə çalışacağını bildirib

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır