Modern.az

Ceyhun Bayramov: “Ödənişli əsaslarda oxuyan tələbələr də imkan qazanıblar”  

Ceyhun Bayramov: “Ödənişli əsaslarda oxuyan tələbələr də imkan qazanıblar”  

Aktual

15 Fevral 2019, 12:44

“2016-cı ildən başlayaraq tələbələrə təqaüdlərin verilməsi sisteminə dəyişiklik edilib. Ödənişli əsaslarda oxuyan akademik tələbələr də  təqaüd almaq imkanı əldə ediblər”.

Modern.az xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə,  təqaüdlərin artırılmasına dair son sərəncamlar tələbələrin sosial rifah halının yaxşılaşdırılması ilə yanaşı,  təhsilin keyfiyyətinə də  təsir edəcək.

“Demək olar ki, tələbələr arasında motivasiya, sağlam rəqabət istiqamətində dəyişikliklər baş verib. İmzalanmış fərman və sərəncamlar həm tələbələrin sosial müdafiəsi baxımından,  həm də ali təhsil müəssisələrində keyfiyyət göstəricilərinin artmasına səbəb olacaq.

Dövlət sifarişli  yerlərə əlavə maliyyə təminatı nəzərdə tutulub. Ona uyğun olaraq dövlət sifarişli yerlərin müəyyən edilməsi  Nazirlər Kabinetində  prioritet istiqamətlərdə təsdiq edilməlidir. Artıq nazirlikər arasında layihə təsdiq edilib. Ötən illə müqayisədə 65% artım deməkdir. Təxminən bu dəyişiklilərin maliyyə tutumu 25 milyon manat  təşkil edir”.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı