Modern.az

Musa Qasımlı: “Dövlətimiz təhsil almaq istəyən gənclərə qucaq açdı”  

Musa Qasımlı: “Dövlətimiz təhsil almaq istəyən gənclərə qucaq açdı”   

Aktual

15 Fevral 2019, 14:38

“Cənab Prezident İlham Əliyevin  ali və orta ixtisas təhsili  müəssisələrində, AMEA-nın magistratura səviyyəsində əyani təhsil alan şəxslərə verilən təqaüdlərin artırılımasına dair sərəncamları böyük əhəmiyyət daşıyır”.

Modern.az-ın məlumatına görə, bunu millət vəkili Musa Qasımlı bildirib. Deputat əlavə edib ki, dövlət təhsil alanlara xüsusi diqqət yetirir və onların ailələrinin qayğılarını yüngülləşdirməyə çalışır:

“Təqaüdlərin artırılması həmin kateqoriyadan olan şəxslərin sosial vəziyyətinin yaxşılaşdırılmasına, diqqətlərini başlıca olaraq təhsilə yönəltmələrinə, dərslərə daha yaxşı hazırlaşmalarına, elm və təhsilimizin keyfiyyətinin artırılmasına imkan verəcək. 
Ali məktəblərə dövlət sifarişli yerlərin sayının artırılması təhsilin hamı üçün əlçatan olmasından ötrü cənab Prezidentimizin liderliyində dövlətimizin yürütdüyü siyasətin mühüm tərkib hissələrindən biridir. Sirr deyil ki, bəzən yüksək bal toplayan, lakin ailənin imkanlarının aşağı olması ucbatından təhsil haqqını ödəyə bilmədiyi üçün ali məktəbləri tərk edən gənclərimiz vardır. Bu qərarlar həmin halların qarşısını alacaq. Dövlətimiz belə bir addımı atmaqla təhsil almaq istəyən gənclərə qucaq açır. Bütün vətəndaşlarımızın qərarları rəğbətlə qarşıladığı qənaətindəyəm."

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!