Modern.az

Ağstafada əhali pulsuz müayinə olunur

Ağstafada əhali pulsuz müayinə olunur

15 Fevral 2019, 15:20

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, rayonumuzda əhalinin pulsuz tibbi müayinə aksiyası davam edir.

 

Modern.az xəbər verir ki,  Ağstafa rayon Mərkəzi Xəstəxanasında yaradılmış 4 həkim briqadası tərəfindən əhalinin tibbi müayinəsi həyata keçirilir.

Dövlət başçısının tapşırığına əsasən, əhalinin pulsuz tibbi müayinədən keçirilməsinin yüksək səviyyədə təşkil etmək üçün rayon ərazisində yerləşən bütün tibb məntəqələrində zəruri şərait yaradılıb. Müayinə zamanı vətəndaşlarda aşkar olunmuş bəzi xəstəliklərin müalicəsi üçün Bakı şəhərində yerləşən  ixtisaslaşmış tibb müəssələrinə göndərilir. Ağstafa rayon sakinləri dövlət başçısına əhalinin sağlamlığına göstərdiyi diqqət və qayğıya görə mənnətdalıqlarını bildirirlər.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi